ATV-nin yayımı bərpa olunub » AzNews.info -Xəbər portalı

Bölmə: Media

ATV-nin yayımı bərpa olunub – YENİLƏNİB

ATV-nin yayımı bərpa olunub

“Azad Azərbaycan” Televiziyasının (ATV), 106 və 106.3 FM radiolarının yayımı bərpa olunub.

APA-ya istinadən verilən xəbərə görə, ATV telekanalı, 106 və 106.3 FM radioları əvvəlki qaydada fəaliyyətini davam etdirir.

19:30

“Azad Azərbaycan” Televiziyası (ATV) yayımında yaranan problemə münasibət bildirib.

Oxu.Az xəbər verir ki, telekanaldan APA-ya verilən məlumata görə, 38 saylı ATS tərəfindən görülən profilaktik tədbir zamanı qəza baş verib, nəticədə kanalın və FM radiolarının yayım üçün çıxış rolu oynayan kabelləri yanlışlıqla zədələnib.

“Aidiyyəti qurumlardan verilən məlumata görə ən qısa zamanda problem aradan qaldırılacaq və yayımlar bərpa olunacaq”, - məlumatda bildirilir.

O da qeyd olunub ki, ATV telekanalı ilə yanaşı 106 və 106.3 FM radiolarının yayımı da dayanıb.

19:02

“Azad Azərbaycan” Televiziyasının (ATV) yayımında problem yaranıb.

Oxu.Az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) baş direktoru Əflatun Şərifov APA-ya faktı təsdiqləyərək bildirib ki, ATV telekanalından Teleradio İB-yə siqnal daxil olmadığı üçün ATV nə rəqəmsal, nə də peykdə yayımlanır.

“Əgər problem bizim tərəfimizdən olsaydı, yerdə qalan digər telekanalların da yayımı dayanardı. Yalnız ATV telekanalından bizə siqnal daxil olmur. Siqnal bizə daxil olmalıdır ki, biz onu həm rəqəmsala, həm peykə verə bilək. Digər telekanallar normal qaydada yayımlanır. Yaxşı olardı ki, ATV telekanalı bu məsələyə aydınlıq gətirsin”, - deyə baş direktor qeyd edib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *