Tiflisdə güclü daşqının törətdiyi fəsadlar aradan qaldırılır » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Hadisə, Dünya, Video

Tiflisdə güclü daşqının törətdiyi fəsadlar aradan qaldırılır – VİDEO

Tiflisdə güclü daşqının törətdiyi fəsadlar aradan qaldırılır


Dünən gecə güclü yağan leysan yağışlar nəticəsində Tiflisin mərkəzi hissəsi olan Vera çayı daşıb, vadisini su basıb.

APA-nın Gürcüstan bürosunun hadisə yerində olan müxbirinin məlumatına görə, çayın daşması nəticəsində yaxında olan evlərin zirzəmi və birinci mərtəbələrinə və mağazalara və yeraltı keçidlərə sel dolub.

Tiflis zooparkının ərazisində və Qəhrəmanlar Meydanında vəziyyət gərgindir. Məlumata görə, hazırda Qəhrəmanlar meydanındakı küçədə təmizlənmə işləri görülür, fəsadlar aradan qaldırılır.

Zooparkın daxilində 7-8 minik və yük maşını sel-sularının altında qalıb. Əraziyə KİV nümayəndələri buraxılmır və şəkil çəkməyə icazə verilmir. Ada saxlanılan zooparkın yaxınlığında yerləşən Qəhrəmanlar meydanının ərazisində asfalt çöküntüsü baş verib.

Gürcüstanın Dövlət Təhlükəsizliyi və böhranların idarə edilməsi Şurasının katibi Mindia Canelidze jurnalistlərə açıqlamasında situasiyanın artıq nəzarətə götürüldüyünü bildirib: "Hazırda Tiflisdə təbii fəlakətin fəsadları aradan qaldırılır, vurulan ziyan hesablanır. Fəlakət zamanı onlarla Gürcüstan vətəndaşları xilas edilib. Dərin hüznlə bildirirəm ki, bir neçə vətəndaşımız təbii fəlakətin qurbanı olub. Bu saatlardakı alınan məlumata görə, 8 nəfər ölüb və mən həlak olan olanların ailələrinə başsağlığı verirəm. Tiflis şəhərinin xilas etmə departamenti və polis qüvvələri təcili olaraq fəsadların aradan qaldırılmasına cəlb olunub, vəziyyət nəzarətə götürülüb, təmizlik işləri həyata keçirilir", - deyə M. Canelidze bildirib.

Tiflis şəhər meri David Narmaniya sel-sularının içində iki meyitin tapıldığını bildirib: "Biz hadisə ilə bağlı baş nazirdən yeni tapşırıqlar alacağıq. Təmizləmə işləri aparılır. Zərərçəkənlər otellərə yerləşdirilib və onların bütün xərclərini dövlət çəkəcək. Fəsadların aradan qaldırılmasına könüllü olaraq şəhər sakinləri də qatılıblar."

Qeyd edək ki, Tiflisdə baş verən fəsadlarla bağlı dövlət tərəfindən xüsusi komissiya yaradılıb, xilasetmə dəstələri 24 saatlıq iş rejiminə keçib.

AzNews.info Rusiya telekanalına istinadən videonu təqdim edir:


Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *