Ramiz Mehdiyevin kitabı ingilis dilində işıq üzü görüb » AzNews.info -Xəbər portalı

Ramiz Mehdiyevin kitabı ingilis dilində işıq üzü görüb

Ramiz Mehdiyevin kitabı ingilis dilində işıq üzü görüb


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı müxtəlif dillərə tərcümə olunaraq nəşr edilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərindən, habelə Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixindən bəhs edən bu fundamental əsər rus dilindən sonra, ingilis dilində də işıq üzü görüb.
AzNews.info Azərtac-a istinadən xəbər verir ki, kitab Böyük Britaniyanın “Digital Print Media” nəşriyyatı tərəfindən çap edilib. Kitabın kataloq yazısını Britaniya Kitabxanasından əldə etmək mümkündür. Nəşrin ingilis dili versiyasındakı xülasədə kitabın məlumatsız oxucuya problemin dərinliyinə varmaqda, Dağlıq Qarabağ ətrafında gedən silahlı münaqişənin səbəblərini və təsirini aydın şəkildə anlamaqda kömək etdiyi vurğulanır. Həmçinin müasir siyasi elmdə və tarixdə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlanan mövzu barədə qərəzsiz məlumat mənbəyi olduğu diqqətə çatdırılır. Qeyd edilir ki, akademik Ramiz Mehdiyevin müəllifi olduğu kitab Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və səbəbləri ilə yanaşı, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesindən, o cümlədən beynəlxalq təşkilatların məsələyə münasibətindən və yanaşmasından bəhs edir. Kitabın geniş oxucu auditoriyası (tarixçilər, siyasi elmlər üzrə alimlər, beynəlxalq hüquqşünaslar, konfliktoloqlar, antropoloqlar və sosioloqlar) üçün nəzərdə tutulduğu bildirilir.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının ingilis dilində nəşrinin Londonda təqdimatı olub. Yerli və xarici elm adamlarının, ictimaiyyət nümayəndələrinin, diplomatik korpusun təmsilçilərinin iştirak etdikləri təqdimat mərasimində nəşr barədə ətraflı məlumat verilib.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *