Azərbaycan G20 sammitində iştirak edəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Azərbaycan G20 sammitində iştirak edəcək

Azərbaycan G20 sammitində iştirak edəcək


2015-ci ilin 26-27 mart tarixlərində Türkiyənin İzmir şəhərində şerpa (dövlət və hökumət başçılarının xüsusi nümayəndələri) istiqaməti üzrə ikinci toplantı keçiriləcək.

Azərbaycan Xarici İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, toplantıda xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev iştirak edəcək.

Həmçinin, İqtisadiyyat və sənaye, Əmək və əhalinin sosial müdafiəsi, Energetika nazirlikləri və Baş prokurorluğun əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil olunacaq.

Toplantıda G20 gündəliyi üzrə qlobal iqtisadiyyat, maliyyə tənzimlənməsi, vergi, məşğulluq, ticarət, anti-korrupsiya, inkişaf və enerji məsələləri müzakirə ediləcək.

Qeyd edək ki, 1 dekabr 2014 – 30 noyabr 2015-ci il tarixlərini əhatə edəcək Türkiyənin G20 sədrliyi çərçivəsində Azərbaycan Respublikası G20 platformasında təşkil ediləcək bütün tədbirlərdə tamhüquqlu üzv kimi iştirak etməyə dəvət edilib.

G20 platformasında müzakirələr şerpa və maliyyə istiqaməti üzrə aparılır. Ölkəmizdə maliyyə istiqaməti üzrə əlaqələndirmə Maliyyə Nazirliyi, şerpa istiqaməti üzrə əlaqələndirmə isə Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *