Davud Əliyev Azərbaycan və Türkiyə prezidentlərindən kömək istəyir: “Qızlarımı əlimdən alıb xristian ediblər” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Davud Əliyev Azərbaycan və Türkiyə prezidentlərindən kömək istəyir: “Qızlarımı əlimdən alıb xristian ediblər”

Davud Əliyev Azərbaycan və Türkiyə prezidentlərindən kömək istəyir: “Qızlarımı əlimdən alıb xristian ediblər”

Azərbaycan vətəndaşı, 42 yaşlı Davud Əliyev Almaniyada Köln Gənclik İdarəsi tərəfindən 7 il əvvəl əlindən alınan qızlarını xristina çevirdiklərini bildirir.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Almaniyaya mühacirət edən Əliyev 7 il əvvəl arvadından boşandığını, məhkəmə tərəfindən uşaqlarını böyütmək üçün ona vəkalət verildiyini deyir. Ancaq keçmiş arvadının şikayəti əsasında Köln Gənclik Dairəsi onun hazırda 10 və 12 yaşlarında olan qızlarını əlindən alıb.

“Dörd il qızlarımı mənə göstərmədilər. Sonradan eşitdim ki, onları xristiana çeviriblər, dinlərini dəyişdiriblər. Xahiş edirəm mənə kömək etsinlər. Azərbaycan və Türkiyə prezidentlərindən xahiş edirəm bu məsələdə mənə yardım etsin”-Davud Əliyev bildirir.

Əliyev deyir ki qızlarını hazırda həftədə ancaq 3 saat görə bilir. “Böyük qızımla danışanda bir heykəl vardı, əyildi, xaç işarəsi çevirdi. Soruşdum ki, bunu niyə edirsən. Dedi onlara bunu öyrədiblər, kilsəyə aparıblar, biz bu dinə inanırıq dedi. Yəni müsəlman uşaqlarını xristian ediblər”-deyə o bildirir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *