Putinin Yerdə həyatı təhdid edən yeni silahı: ABŞ kəşfiyyatı bunu üç il əvvəl bilirdi... » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

Putinin Yerdə həyatı təhdid edən yeni silahı: ABŞ kəşfiyyatı bunu üç il əvvəl bilirdi...

Putinin Yerdə həyatı təhdid edən yeni silahı: ABŞ kəşfiyyatı bunu üç il əvvəl bilirdi...

Rusiya prezidenti Vladimir Putinin martın 1-də Federal Məclisə müraciətində ilk dəfə təqdim etdiyi nüvə silahlarından biri-nüvə yanacaqlı mühərriklə təchiz olunan və 100 meqatonluq nüvə başlığı daşıyan sualtı pilotsuz aparatı Yerdə həyatı təhdid edir. Virtualaz.org xəbər verir ki, bu barədə “Business İnsider” nəşrinə müsahibəsində nüvə silahının tətbiqinin nəticələrini araşdıran mütəxəssis Stiven Şvarts bildirib.

Mütəxəssisin sözlərinə görə, nüvə silahının Yer səthində və ya yaxınlığında detonasiyası nüvə çöküntüsü yaradır. Partlayış zamanı alov buludu qruntu və ya suyu özünə çəkir, onları radionuklidlərlə zənginləşdirir, hissəciklər atmosferə atılır və böyük məsafələrə yayılır.

Putinin Yerdə həyatı təhdid edən yeni silahı: ABŞ kəşfiyyatı bunu üç il əvvəl bilirdi...


ABŞ-ın nüvə silahları düşmən ərazisində kütləvi tələfata səbəb olmaq üçün nəzərdə tutulub. Bu zaman nüvə başlığı havada detonasiya edir və məhvedici amil kimi zərbə dalğası nəzərdə tutulur. Nəticədə üzərində nüvə bombası partlayan şəhər tamamilə dağılır, amma radioaktiv çirklənmə minimal olur. Lakin Putinin nümayiş etdirdiyi “Status-6” sualtı pilotsuz aparatının nüvə başlığı suyun dərinliklərində detonasiya edəcək, üstəlik başlığın tərkibində kobalt-59 elementi də var. Partlayışdan sonra neytronları özünə çəkərək bu izotop kobalt-60 radiaktiv izotopuna çevriləcək.

Tərkibində kobalt-60 izotopu olan toz və su hissəçiklərini külək episentrdən minlərlə kilometr uzaqlara apara bilər. Əgər “Status-6” Vaşinqton yaxınlığında partlasaydı o zaman radioaktiv tullantılar Kanada və Meksikaya qədər yayılardı. Üstəlik şüalanmanın norma həddinə qayıtması üçün 50 il vaxt tələb olunacaq. Mütəxəssis deyir ki, radiasiya ilə çirklənmiş istənilən ərazi yaşayış üçün yararsız olacaq. Yerin altında gizlənən insanlar üzə çıxan kimi şüaya məruz qalıb öləcəklər.

Putinin Yerdə həyatı təhdid edən yeni silahı: ABŞ kəşfiyyatı bunu üç il əvvəl bilirdi...


Virtualaz.org qeyd edir ki, ABŞ kəşfiyyatı Yerdə həyatı təhdid edən bu dəhşətli silah barədə hələ bir neçə il əvvəldən məlumatlı idi. 2016-cı ilin dekabrında “The Washington Free Beacon” ABŞ kəşfiyyatının nümayəndələrinə istinadən Rusiyanın Birləşmiş Ştatlar limanlarına və sahilboyu ərazilərinə strateji təhdid yaradan inqilabi atom sualtı aparatının sınaqdan keçirildiyinin Pentaqon tərəfindən qeydə alındığını yazmışdı. Pentaqon bu aparata şərti olaraq “Kanyon” adı verib. Bildirilirdi ki, aparat noyabrın 27-də “Sarov” tipli sualtı qayıqdan buraxılıb. Sınaqların harada keçirildiyi barədə məlumat verilməyib.

“The Washington Free Beacon” bildirirdi ki, Rusiyanın belə silaha malik olduğu haqda hələ 2015-cı ilin sentyabrında məlumat əldə edib. Bundan iki ay sonra Rusiya hərbçiləri silah barədə məlumatı “səhvən” dövlət televiziyasına sızdırıblar. Bu sızmaya əsasən “Status-6” çoxməqsədli okean sistemi üzərində Rusiyanın “Rubin” konstruktor bürosu işləyirdi. Bu müəssisə Rusiyanın sualtı qayıqlarının işlənib hazırlanması ilə məşğuldur.

Putinin Yerdə həyatı təhdid edən yeni silahı: ABŞ kəşfiyyatı bunu üç il əvvəl bilirdi...


ABŞ kəşfiyyat agentlikləri müəyyən etmişdilər ki, sualtı dron 100 meqaton gücündə nüvə başlığı daşıyacaq. Bu, milyon ton trotil effektinə bərabərdir. Silahın ABŞ-ın sahilboyu əraziləri və limanları, o cümlədən sualtı qayıqların bazaları üçün nəzərdə tutulduğu bildirilirdi. Həmin bazalar Corciya ştatının sahilində, Kinqs-Bay və Vaşinqton ştatı sahillərində Pyucet-Saund bazalarıdır.

Pentaqonun keçmiş məmuru Mark Şnayder Rusiyanın yeni sualtı nüvə vasitəsini sınaqdan keçirməsini strateji təhdid adlandırmışdı. “Nüvə mühərrikli sualtı aparatın daşıdığı “Status-6” nüvə silahı Putin Rusiyanın düşündüyü ən məsuliyyətsiz nüvə proqramıdır. Bu silah mülki əhalini böyük partlayış və eyni zamanda nüvə çirklənməsi ilə məhv etməyə hesablanıb. Hansı ki, istənilən hərbi münaqişənin qanunlarına ziddir”-o deyib.

Putinin Yerdə həyatı təhdid edən yeni silahı: ABŞ kəşfiyyatı bunu üç il əvvəl bilirdi...


“Status-6” okean sularının dərinliklərində saatda 56 uzl sürətlə hərəkət edərək nüvə başlığını 10 min kilometr məsafəyə daşıya bilər. Bu silah Amerika qitəsinin sahilləri boyu nəhəng sunami də yaratmağa qadirdir. O vaxt ABŞ kəşfiyyat strukturları belə qənaətə gəlmişdi ki, Rusiya “Status-6” proqramı barədə sızmanı qəsdən edib, məqsəd Vaşinqtonu Avropada raketdən müdafiə sistemləri qurmaqdan çəkindirməkdir.

O vaxt “Rossiyskaya qazeta” da “Status-6” sualtı aparatının döyüş başlığının böyük ərazilərdə güclü radioaktiv çirklənməyə səbəb olan kobalt-60 izotopu daşıdığını yazmışdı. Şnayder demişdi ki, kobalt bombası “dünyanın sonu” konsepsiyasına əsaslanan silahdır və soyuq müharibə dövründə düşünülmüşdü. Amma heç vaxt bu sahədə işlər aparılmamışdı.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *