Nazir: Qiymətlərdə heç bir artım yoxdur » AzNews.info -Xəbər portalı

Nazir: Qiymətlərdə heç bir artım yoxdur

Nazir: Qiymətlərdə heç bir artım yoxdur


Qiymətlərlə sizinlə birlikdə maraqlandım. Keçən ilin müvafiq dövrü ilə müqayisədə qiymətlərdə heç bir artım yoxdur.

Oxu.Az xəbər verir ki, bunu Xətai rayonunda “Bakı” kinoteatrının yaxınlığında yerləşən kənd təsərrüfatı məhsulları yarmarkasında ölkənin kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə bildirib.

H.Əsədovun sözlərinə görə, nazirlik qiymətlərin azalmasına heç bir inzibati təsir göstərməyib.

“Sadəcə bazarda təklifi artırmaqla, tələbi daha dolğun ödəməklə qiymətlərin azalmasına nail olmuşuq. Daha doğrusu, qiymətlər avtomatik surətdə dediyimiz qanuna uyğun olaraq formalaşıb. Hesab edirəm ki, əhali heç bir çətinlik çəkmədən bu qiymətlərlə öz bazarlığını edəcək”, - deyə, nazir bildirib.

Nazir bildirib ki, bayram yarmarkaları 7 gün davam edəcək.

H.Əsədov həmçinin bu il yarmarkaların sayının artırıldığını da bəyan edib:

“Xətaidə 2-ci, Yasamalda 2-ci yarmarka açılıb, Binəqədidə yarmarka yeniləşdirilib, Suraxanıda tam yenisi açılıb, Sumqayıtda da yaxın günlərdə yarmarka açılacaq”, - deyə, nazir vurğulayıb.

Bazarda quru meyvələr, çərəzlərin qiymətindəki dəyişikliklə bağlı sualı cavablandıran nazir bildirib ki, quru meyvələrin əksər hissəsi idxal hesabına formalaşır:

“Dünya bazarında, idxal etdiyimiz ölkələrdə quru meyvə bazarında bir qədər qıtlıq müşahidə olunur. Dünya miqyasında bu meyvələrin qiyməti artıb və bu Azərbaycanda da müşahidə oluna bilər”, - deyə, o, bildirib.

Nazir həmçinin ölkədə kənd təsərrüfatı məhsullarının qiymətinin azalmasına nail olmaq üçün fermerlərə daha çox dəstək göstərilməli olduğunu və bu istiqamətdə işlər aparıldığını vurğulayıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 15 iyun 2017 07:29
  • Yazan: sdfsdf
Fashion cool Bvlgari OCTO is a omega replica watches good choice of outfit, like this charming watch as. Smooth and rolex replica watches polished finish dial, with the hand set time mark, the central hollow pointer against each other, can clearly and visually show the present time, full of content. The rolex uk date display marked in three tables of location, unique style show watch. Connect a fake hublot watches black rubber strap, add a sports breath to the meter, comfortable and fashionable.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *