Saakyanlar və Orduxanlar Vaşinqtonda İlham Əliyevə qarşı vahid cəbhədə » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Saakyanlar və Orduxanlar Vaşinqtonda İlham Əliyevə qarşı vahid cəbhədə

Saakyanlar və Orduxanlar Vaşinqtonda İlham Əliyevə qarşı vahid cəbhədə

Bu, ABŞ-da baş verib, Avropada baş verib və üzümüzə gələn çərşənbə günü yenə Birləşmiş Ştatlarda baş verəcək – martın 14-də Azərbaycan müxalifətinin və siyasi emiqrasiyasının nümayəndələri səylərini ermənipərəst qüvvələrlə birləşdirərək, vahid cəbhə ilə Azərbaycana qarşı çıxış edəcəklər.

Saakyanlar və Orduxanlar Vaşinqtonda İlham Əliyevə qarşı vahid cəbhədə
Bakı Saakyanın ABŞ Konqresində qəbulunun anonsu

Xatırladaq, virtualaz.org-un xəbər verdiyi kimi, martın 14-də ABŞ Konqresində ABŞ-a “işgüzar səfər” etmiş Qarabağ separatçılarının lideri Bako Saakyanın iştirakı ilə görüş planlaşdırılıb.

Elə həmin gün, düz həmin saata Azərbaycan səfirliyinin qarşısında ABŞ azərbaycanlılarının – “rejim əleyhdarları”nın aksiyası planlaşdırılıb.

Hökuməti səhvlərinə, pis işlədiyinə görə tənqid etmək siyasi demokratiya ruhundadır. Lakin öz ölkənin hökumətinə qarşı etiraz aksiyasını, bir çox Qərb ekspertlərinin fikrincə belə, qolu dirsəyə qədər azərbaycanlıların qanına bulaşmış Qarabağ separatçılarının lideri Bako Saakyanın səfərinə həsr etmək, əndazəni keçir. Hərçənd, bu, birinci dəfə deyil ki, baş verir.

Saakyanlar və Orduxanlar Vaşinqtonda İlham Əliyevə qarşı vahid cəbhədə
Azərbaycandan olan siyasi emiqrantların etiraz aksiyasının anonsu


2016-cı ilin sentyabr ayında ABŞ Konqresinin Tom Lantos adına insan haqları üzrə komissiyasının dinləmələrində Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri və ölkənin əsas müxalifətçisi Əli Kərimlinin oğlu Türkel Kərimlinin separatçı “DQR” rejiminin təmsilçiləri ilə birlikdə çıxış etməsini xatırlamaq olar.

Lap bu yaxınlarda “hüquq müdafiəçisi” Leyla Yunusun yadına Xocalını və azərbaycanlı qaçqınları salanda o gülümsəyib. Bu, ATƏT-in tədbirində baş verib.

Daha ətraflı xatırlatsaq, ATƏT-in Parlament Assambleyasının 17-ci qış sessiyasında tədbirdə iştirak edən Milli Məclisin deputatları Elşad Həsənov, Kamran Nəbizadə, Tahir Mirkişili Leyla Yunusa sualla müraciət ediblər ki, nəyə görə öz çıxışında Xocalı soyqırımının qurbanları, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərin məsələsinə toxunmur.

“Hüquq müdafiəçisi” isə buna cavab olaraq gülməyə və alqışlamağa başladı. Yeri gəlmişkən, bunda təəccüblü heç nə yoxdur: Yunus cütlüyü malik olduqları daşınmaz əmlaka görə bir çox oliqarxları geridə qoya bilər.

Bəs Vaşinqtondakı aksiyanın təşkilatçısı kimdir? Belə məlum olur ki, həmin Orduxan Teymurxan.

Saakyanlar və Orduxanlar Vaşinqtonda İlham Əliyevə qarşı vahid cəbhədə
Orduxanın çağırışı

Siyasi mühacir və bloger bu günlərdə ermənilərin Qarabağdakı Azərbaycan abidələrini dağıtmadığı haqda səs-küylü bəyanatı ilə fərqlənib. Virtualaz.org-un qeyd etdiyi kimi, Orduxan Teymurxanın bu bəyanatı sosial şəbəkələrin Azərbaycan seqmentində olduqca kəskin reaksiyaya səbəb oldu.

Lakin həyatın reallıqları belədir. Bir çox azərbaycanlılar (əlbəttə, hamısı yox) siyasi mühacir statusu alan kimi öz Vətənlərinə qara yaxmağa, böhtan yağdırmağa başlayırlar. Bir çoxları isə bizneslə məşğul olur, məsələn, kafelər, karaokelər açır, ora erməni diasporu nümayəndələrini yığır və Kəlbəcər, Şuşa, Laçın kimi Azərbaycan şəhərlərinin işğal tarixlərini qeyd edirlər. “Azərbaycan restoranları”nda “Mənim Ermənistanım” kimi mahnılar səslənir, videolar çəkilib sosial şəbəkələrdə yerləşdirilir...

Bəs erməni siyasi mühacirlər, hüquq müdafiəçiləri və ümumən erməni müxalifəti necə hərəkət edir? Heç kim müxalifət partiyasına üzv olduğu barədə arayış vermir (Azərbaycanda isə bu biznes çiçəklənir). Avropada görüşlər və müzakirələr zamanı nadir hallarda erməni hüquq müdafiəçiləri öz ölkələri haqda tənqidi danışırlar. Bəli, pensiyaların və maaşların az olması barədə bəhs edirlər. Bizimkilər nə edir? Hər fürsətdə “siyasi məhbuslar” siyahısı ortaya çıxarılır. Və onların 70-80 faizinin islamçılar olması da heç kimi narahat etmir.

Arayışa qayıdaraq bir konkret misal göstərək. Çexiyadan sığınacaq istəyən erməni qadın Manuşak Ohacanyan. O, Ermənistanda müxalifət partiyasının üzvü olduğu barədə arayış almağa cəhd edib. Heç kim ona belə sənəd verməyib. Yəqin ki, o, AXCP-yə və ya “Müsavat” partiyasına müraciət etməliydi. Ona belə arayışı pulla hazırlayıb verərdilər. Ona görə də, təəcüblənmək lazım deyil ki, azərbaycanlı siyasi mühacirlərin bir çoxu Qarabağ separatçıları ilə vahid cəbhədə çıxış edir. Onlar üçün pulların iyi yoxdur axı...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *