ABŞ-ın Türkiyədəki səfirliyi işini dayandırır » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

ABŞ-ın Türkiyədəki səfirliyi işini dayandırır - TERROR TƏHLÜKƏSİ

ABŞ-ın Türkiyədəki səfirliyi işini dayandırır


Ankarada böyük terror təhlükəsi ola bilərmi?

Amerikanın Ankaradakı səfirliyi bu gün öz iş rejimini dayandıracaq. Bütün gün ərzində ABŞ diplomatları yalnız fövqaladə vəziyyətdə kömək göstərəcəklər.


Musavat.com bildirir ki, məsələ ilə əlaqədar Reuters agentliyi diplomatik missiyadakı mənbələrinə istinadən xəbər yayıb. Bundan başqa, səfirliyin əməkdaşları Türkiyədə olan ABŞ vətəndaşlarını ənənəvi olaraq insanların kütləvi surətdə yığışdığı yerlərə getməkdən çəkinməyə çağırıb. Diplomatlar qeyd edib ki, səfirlik işini bərpa edən kimi bu barədə xüsusi məlumat verəcək. Xəbərdə təhlükənin xarakteri və dərəcəsi barədə heç bir məlumat yoxdur.


Qeyd olunur ki, ABŞ səfirliyinin bəzən bu cür bəyanatları fəlakətli bir hadisənin öncəsində verilir və heç də əsassız olmur.
Belə ki, bu il yanvarın 18-də ABŞ-ın Əfqanıstandakı səfirliyi də bənzər bəyanatla çıxış edərək, silahlı terrorçuların Əfqanıstan paytaxtındakı otellərə hücum edəcəyi barədə xəbərdarlıq etmişdi. Məlumat ABŞ səfirliyinin rəsmi saytında da yerləşdirilmişdi.


Cəmi 2 gün sonra 4 silahlı terrorçu Kabildə yerləşən və xarici vətəndaşların qaldığı “İntercontinental” otelində əsl qırğın törətdilər. Həmin vaxt burada kompüter texnologiyaları üzrə ekspertlərin konfransı keçirilirmiş. İştirakçılar arasında yüksək rütbəl hökumət nümayəndələri olubmuş.


Hücum nəticəsində azı 40 insan həlak olub. ABŞ Dövlət departamentinin sözçüsü Hizer Noyert 4 amerikalının da həlak olanların arasında olduğunu bildirmişdi.

Mənbə: Musavat.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *