Ankarada düymə basıldı - AFRİNİN MÜHASİRƏSİ BAŞLAYIR » AzNews.info -Xəbər portalı

Ankarada düymə basıldı - AFRİNİN MÜHASİRƏSİ BAŞLAYIR – VİDEO

Ankarada düymə basıldı - AFRİNİN MÜHASİRƏSİ BAŞLAYIR


Türkiyə Silahlı Qüvvələri (TSQ) Afrin qəsəbəsinin mühasirəyə alınması əməliyyatına start verib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bununla da "Zeytun budağı" əməliyyatının ikinci mərhələsinə başlanır.

Plana əsasən əvvəlcə Afrini Tel Rıfatla birləşdirən xətt nəzarət altına alınacaq. Quru əməliyyatı zamanı silah səslərinin PYD/YPG terrorçularının məxsus silah səslərinə qarışmaması üçün xüsusi tədbirlər görülür. Bundan başqa rabitə təchizatı da diqqətlə yoxlanılır. Afrinin mərkəzi və yaxın ətrafı 14 bölgəyə ayrılıb. Bundan məqsəd dörd tərəfdən həyata keçiriləcək hücum zamanı dinc sakinlərə zərər dəyməməsi və terrorçuların qəsəbədən çıxmaq istəyən insanların arasına sızmasının qarşısını almaqdır.

Bu günə qədər aparılan kəşfiyyatlar PYD/YPG-nin Afrinin mərkəzində 114 mühüm mövqeyinin olduğunu ortaya qoyub. Türkiyə Suriya sərhədinə yeni tank birləşmələri toplayır. Tanklar artıq Hatayın Kırıkhan qəsəbəsi yaxınlığındadır. Birliklər Suriya sərhədini keçmək üçün əmr gözləyir.


Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *