Afrində Türkiyə helikopteri vuruldu, iki pilot şəhid oldu » AzNews.info -Xəbər portalı

Afrində Türkiyə helikopteri vuruldu, iki pilot şəhid oldu – VİDEO

Afrində Türkiyə helikopteri vuruldu, iki pilot şəhid oldu


Bir qədər əvvəl Afrində keçirilən “Zeytun budağı” əməliyyatı zamanı Türkiyəyə məxsus hərbi helikopter vurulub.

Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının İstanbul əyalət təşkilatının toplantısında bildirib.

“Təbii, bunlar olacaq. Biz müharibənin içindəyik. İtkimiz də olacaq. Bizim bir helokopterimiz vuruldusa, bunun əvəzini onlar qat-qat ödəyəcək”, - deyə o, vurğulayıb.

Türkiyə mətbuatının yaydığı məlumata görə, vurulan helikopterin hər iki pilotu şəhid olub.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *