Putinin yeni post-sovet PLANI İŞƏ DÜŞÜR: 18 martdan sonra İrəvanı alt-üst edəcək SSENARİ » AzNews.info -Xəbər portalı

Putinin yeni post-sovet PLANI İŞƏ DÜŞÜR: 18 martdan sonra İrəvanı alt-üst edəcək SSENARİ

Putinin yeni post-sovet PLANI İŞƏ DÜŞÜR: 18 martdan sonra İrəvanı alt-üst edəcək SSENARİ


2018-ci il 18 mart tarixində Rusiyada keçiriləcək prezident seçkilərindən sonra Vladimir Putin post-sovet məkanında fəallaşacaq.

Publika.az xəbər verir ki, Qərb ekspertləri Ukrayna və Yaxın Şərqdə “ilişən” Rusiyanın post-sovet məkanına qayıdacağını hesab edirlər.

İddialara görə, Kreml post-sovet məkanında yeni müdaxilələrə əl ata bilər. Xüsusilə post-sovet məkanında respublikalar Avrasiyaya inteqrasiyada həvəssiz davranırlar. Misal üçün, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Mərkəzi Asiyanın beş ölkəsi adından ABŞ prezidenti Donald Trampdan regionda təhlükəsizliyin qorunmasına diqqət ayırmasını xahiş etdi.

Ukrayna və Moldovanın Rusiyanın orbitinə qayıtması ehtimalı artıq aradan qalxıb. Belə vəziyyətdə ekspertlər Rusiyanın Cənubi Qafqaza yönələcəyini hesab edirlər. İddialara görə, Rusiya Cənubi Qafqazda yeni müharibəni alovlandıra bilər.

Gürcüstan potensial hədəf olaraq görünür. Xüsusilə bu ölkənin NATO-ya sürətli inteqrasiyası Moskvanın sərt addımlar atmasına səbəb ola bilər. Lakin Qərbin Tbilisini öz qanadları altına alması bunu çətinləşdirir. Ermənistan Rusiyanın “müttəfiqi” olaraq çıxış edir, bu baxımdan, İrəvanda təhlükənin onlardan yan keçəcəyi fikri hakimdir. Amma erməni ekspertlər bunun əksini hesab edirlər.

Erməni siyasi şərhçi Naira Ayrumyan Rusiyanın seçkilərdən sonra Ermənistana müdaxilə edə biləcəyini yazıb. Onun fikrincə, rəsmi İrəvanın Moskva qarşısında mərkəzdənqaçma meylləri bu müdaxiləyə ciddi səbəb verə bilər.

“Bu yaxınlarda NATO-nun saytında Alyansın mayda Ermənistanda təlim keçirəcəyi haqda məlumat yayıldı, lakin Müdafiə Nazirliyi bu informasiyanı təkzib etdi. Görünür, pərdəarxasında Rusiyanın xoşuna gəlməyən proseslər gedir və seçkidən sonra bunun mənfi nəticələri ortaya çıxa bilər”, - deyə o qeyd edib.

Erməni politoloq Levon Şirinyan isə Azərbaycanın aprel seçkisindən sonra Dağlıq Qarabağın azad edilməsi prosesinə başlaya biləcəyini, Rusiyanın buna dəstək verəcəyini diqqətə çatdırıb.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *