Krallıqda çevriliş cəhdi: hakim ailənin üç üzvü həbs olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Dünya

Krallıqda çevriliş cəhdi: hakim ailənin üç üzvü həbs olundu – FOTO

Krallıqda çevriliş cəhdi: hakim ailənin üç üzvü həbs olundu


İordaniyada kral Abdalla II-nin əmri ilə onun iki qardaşı və bir qohumu həbs olunub. Virtualaz.org xəbər verir ki, bu haqda Britaniyanın “Express” nəşri regional KİV-lərə istinadən yazır.

Məlumata görə kral ailəsinin üç üzvünün həbsi barədə əmr İordaniya kəşfiyyatının hakimiyyəti devirməyə cəhd barədə məruzəsindən sonra verilib. Həbs edilənlər kralın qardaşları Feysəl bin Əl-Hüseyn və Əli bin Əl-Hüseyn, habelə qohumu, şahzadə Talal bin Məhəmməddir. İordaniya kəşfiyyatı onların Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salman Əl-Səudla və Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd ibn Zaid əl-Nahayanla gizli təmaslarını müəyyən edib.

Krallıqda çevriliş cəhdi: hakim ailənin üç üzvü həbs olundu


Kəşfiyyatın əldə etdiyi məlumata görə İordaniya Haşimilər krallığında hakimiyyət çevrilişi hazırlanırdı. Belə ki, kralın qardaşları və qohumu Səudiyyə və Birləşmiş Əmirliklərin vəliəhd şahzadələri ilə əlbir olaraq Abdalla II-ni devirməyi, taxt-tacın onun böyük oğlu Hüseynə keçməsini əngəlləməyi planlaşdırıb.

Bundan üç gün əvvəl-dekabrın 28-də kral Abdallanın iki qardaşının və bir qohumunun İordaniya silahlı qüvvələrinin sıralarından xaric edildiyi xəbər verilib. İtaliyanın ANSA agentliyinin xəbərində deyilirdi ki, kral bu addımı böyük oğlu Hüseynin taxt-taca yolunu açmaq üçün atıb. Habelə kralın əmisi oğlu Talal bin Muhammed ölkənin xüsusi xidmət orqanlarının rəhbəri postundan uzaqlaşdırılıb.

Krallıqda çevriliş cəhdi: hakim ailənin üç üzvü həbs olundu


Agentlik bildirir ki, Abdallanın varisi və böyük oğlu Hüseyn bu yaxınlarda Britaniyanı Sanderhest hərbi akademiyasından məzun olub. Kral ölkənin idarə edilməsində ona mühüm rol həvalə etməi və beləliklə də varisin taxt-taca yolunu asanlaşdırmağı planlaşdırır.

Qərbyönümlü kral Abdalla İordaniyada hakimiyyət başına gələndən sonra qardaşlarının və hakim ailənin digər üzvlərinin idarəçilikdə rolunu tədricən mariginallaşdırıb, o cümlədən qardaşı Həmzəni vəliəhd şahzadə titulundan məhrum edərək böyük oğlu Hüseyni varis təyin edib.

Krallıqda çevriliş cəhdi: hakim ailənin üç üzvü həbs olundu


Bütün bunlar kral ailəsinin digər üzvlərinin hakimiyyət uğrunda mübarizəyə girişməsinə səbəb olub. İordaniya xüsusi xidmət orqanlarının versiyasına görə çevriliş planı çoxdan, hələ 2009-cu ildən hazırlanırdı. Həmin vaxt Abdalla varis məsələsi ilə bağlı beş ildir davam edən qeyri-müəyyənliyə son qoyub və böyük oğlu Hüseyni varis elan edib. O vaxtdan bəri varis hərbi akademiya bitirib və atasının köməyi ilə krallıqda özünün siyasi nüfuzunu möhkəmləndirib.

Lakin Abdallanın yürütdüyü neytral regional siyasət çoxdandır körfəzin qüdrətli dövlətlərinin-Birləşmiş Ərəb Əmirliklərinin və Səudiyyə Ərəbistanının narahatlığına səbəb olurdu. Bu səbəbdən onlar hakim ailənin narazı üzvlərini öz tərəfinə çəkərək Abdallanı devirməyi planlaşdırıb. Çünki hakimiyyətə Abdalladan sonra oğlunun gəlişi İordaniyanın siyasətinin davam edəcəyi mənasını verir. İordaniya əks-kəşfiyyatı müəyyən edib ki, Səudiyyə və Birləşmiş Əmirliklərin vəliəhd şahzadləri Abdallanın qardaşlarını və əmisi oğlunu öz tərəflərinə çəkərək İordaniya liderini “daha sözəbaxan” etməyi, sonda onu devirməyi planlaşdırmışdı.

Krallıqda çevriliş cəhdi: hakim ailənin üç üzvü həbs olundu


Xatırladaq ki, bu körfəz ölkələrində hakimiyyət uğrunda son vaxtlar baş verən ilk təlatüm deyil. Bundan əvvəl Səudiyyə Ərəbistanı kralı Salman vəliəhd şahzadəni titulundan məhrum edərək onu həbs etdirib, yerinə oğlu, 30 yaşlı Məhəmmədi təyin edib. Məhəmməd bin Salman isə hakim ailədə kütləvi həbslərə başlayaraq onlarla şahzadəni, o cümlədən böyük sərvətə malik iş adamlarını, milyarderləri həbs etdirib. Onları işgəncə yolu ilə topladıqları sərvətdən imtina etməyə məcbur ediblər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *