38 ilin neftçisini döyüb işdən qovdular » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Hadisə

38 ilin neftçisini döyüb işdən qovdular

38 ilin neftçisini döyüb işdən qovdular

“Azneft” İstehsalat Birliyinin “Kompleks qazma işləri” trestinin “Günəşli” istehsalat bölümündə 8 saylı dəniz özülünün keçmiş rəis müavini Arif Qəmbərov bölmə rəisinin kabinetində rəis Cəbrayıl Qədirov və onun müavini Şahin Bayramov tərəfindən döyüldüyünü iddia edir.

Virtualaz.org-un redaksiyasına müraciət edən A.Qəmbərov hər iki şəxs tərəfindən təhqir olunduğunu, sonradan təpik və yumruqla döyüldüyünü, nəticədə, ciddi xəsarətlər aldığını bildirib. Şikayətçi aldılğı xəsarətləri təsdiq edən məhkəmə tibbi ekspertizasının rəyini də redaksiyaya təqdim edib.

38 ilin neftçisini döyüb işdən qovdular

Bildirildiyinə görə, hadisə sentyabrın 14-də baş verib. Ekspertizanın rəyində göstərilir ki, Arif Qəmbərova küt və şiş uclu əşyalarla xəsarət yetirilib. “Mübahisədən bir neçə gün əvvəl mənə ərizə yazaraq könüllü işdən çıxmağımı təklif etmişdilər. Bölmə rəisi Cəbrayıl Qədimov bildirmişdi ki, sosial şəbəkələrdə idarə haqqında mənfi fikirlər yazdığım üçün trest rəhbərliyi mənimlə işləmək istəmir. Mən isə ərizə yazmaqdan imtina etmişdim. İştirakım olmadan iclas keçirilmişdi, həmin iclasda bölmə rəhbərlərinə, mühəndislərə tapşırılmışdı ki, məni təxribata cəlb etsinlər, sonra video görüntülər çəkib paylaşsınlar. İclasda iştirak edənlərdən biri mənə ehtiyatlı olmağımı, təxribata cəlb ediləcəyimi demişdi. Buna görə də, rəisin kabinetinə gedərkən təhqirlərinə cavab verməməyə çalışırdım”.

Şikayətçi söyləyir ki, 1979-cu ildən neft sahəsində müxtəlif vəzifələrdə işləyib, heç vaxt nöqsana yol verməyib. Lakin 8 saylı dərin özüldə çalışdığı müddətdə rəis Cəbrayıl Qədirov və trestin baş mühəndisi ilə münasibətləri kəskin olub. Çünki rəhbərliyin tələblərini yerinə yetirməkdən imtina edib. “Bütün qazma avadanlıqları yenilənib, müasir tələblərə uyğun avadanlıqlar quraşdırılıb. Amma qazma işləri zamanı ciddi texniki səhvlərə yol verilirdi, dəfələrlə qaz sızması nəticəsində güclü partlayış təhlükəsi yaranıb. Bunlara görə məsuliyyət daşıyırdım. Mən isə etiraz edirdim, bilirdim ki, hər xırda səhv dövlətə külli miqdarda ziyan vurur”, - şikayətçi deyir.

38 ilin neftçisini döyüb işdən qovdular
38 ilin neftçisini döyüb işdən qovdular

Qəmbərov iddia edir ki, ondan Almaniya istehsalı olan HOMO-G 2000 markalı, ümümi dəyəri 316 min dollar olan 6 ədəd avadanlığın çıxdaş kimi aktlaşdırılaraq sahilə göndərilməsini tələb ediblər. Əsas mübahisə də bunun üstündə baş verib: “Bölmə rəhbəri məcbur etdi ki, akt yazım. Mən isə bildirdim ki, quraşdırma, istismara başlama və sıradan çıxma aktı olmadan avadanlıqları sahilə göndərə bilmərəm. Təklif etdim ki, telefonoqram verilsin, hansı ünvana gedəcəyi bəlli olsun, sonra avadanlıqları sahilə göndərim. Bildidim ki,veriləcək telefonoqramda mütləq imza və möhür olmalıdır. Bundan əvvəl də yeni avadanlıqlar çıxdaş kimi qeydə alınaraq sahilə göndərilmişdi. Etirazlarım rəhbərliyin xoşuna gəlmirdi, trestdə “arzuolunmaz şəxs” elan edilmişdim”.

A.Qəmbərov deyir ki, ona təpiklə xəsarət yetiriblər. Şikayətçi döyülməsi ilə bağlı Xətai Rayon Prokurorluğuna, Xətai Rayon Polis İdarəsinə müraciət edib: “İşdə olmadığım halda mənə töhmət elan olunub. Sonra isə ixtisar aparılmasını bəhanə edərək, məni işdən azad etdilər. Halbuki, yalnız mənim vəzifəm ixtisara salınıb”.

38 ilin neftçisini döyüb işdən qovdular

Qəmbərov işə bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi iddiası ilə məhkəməyə müraciət edib. Deyir ki, şəkər, bronxial astma və onkoloji xəstəliklərdən əziyyət çəkdiyi üçün digər trestlərdə işlə təmin olunmasını istəyib. “Qədirov mənə pis xasiyyətnamə yazdı, bu xasiyyətnamə ilə neft sahəsində işlə təmin edilə bilmərəm. Onkoloji xəstə kimi kimyəvi terapiya alıram. Trestin rəhbərliyi deyir ki, səni yalnız maddi imkansızlıqla sındıra bilərik, dərman almaq üçün pul tapmayanda qarşımızda diz çökəcəksən. Keçirdiyim streslər nəticəsində səhhətim pisləşib, müalicəm yarımçıq qalıb. Həkim bu gedişlə 1 il - il yarım yaşayacağımı deyir. Amma mən onların söylədikləri ilə razılaşmayacağam. Çünki dövlətə küllü miqdarda zərər vuranların gec-tez cavab verəcəyinə əminəm”, - Qəmbərov deyir.

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı isə bildirir ki, Arif Qənbərov peşəkar qazmaçıdır. “Ona fiziki güc tətbiq olunub. Bunu məhkəmə tibb ekspertizasının rəyi də təsdiq edir”.

38 ilin neftçisini döyüb işdən qovdular
38 ilin neftçisini döyüb işdən qovdular

Hüquq müdafiəçisi qeyd edir ki, Oəmbərov işdən qeyri-qanunu şəkildə azad olunub. Bu zaman Əmək Məcəlləsinin 78.1-ci maddəsi pozulub. A.Qənbərovun işdən azad olunmasında Trestin Həmkarlar Təşkilatının da rolu olub. “Qəmbərovun işdən azad olunmasına Həmkarlar Təşkilatı onun iştirakı olmayan iclasda razılıq verib, Qəmbərov iclasa dəvət edilməyib. Bu isə əmək qanunvericiliyinə ziddir”, - M.Qəhrəmanlı deyib.

İşdən çıxarılmış Arif Qəmbərov gələcəkdə ölkənin neft sektorunda işləmək hüquqndan məhrum edilib. Ona mənfi xasiyyətnamə verildiyindən, SOCAR-ın elan etdiyi vakant yerlər üzrə müsabiqədə iştirak edə bilməz.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər

generic sildenafil citrate tablets
viagra without prescription
get cheap viagra online
viagra without a doctor's prescription
viagra buy online canada
generic viagra online
cut viagra 100mg
viagra generic
price of viagra without insurance

viagra online switzerland
viagra without doctor
pill viagra
viagra without a doctor prescription
buy viagra paypal accepted
generic viagra 100mg
where can we buy viagra
buy generic viagra
viagra the blue pill

cheapest viagra net
viagra without a doctor prescription
there any generic viagra
viagra without doctor
get viagra no prescription
viagra generic
buy viagra female online
buy generic viagra
what happens if i take viagra and cialis together

generic viagra sublingual
viagra without prescription
viagra 100 mg efectos secundarios
viagra without a doctor's prescription
how much does one pill of viagra cost
generic viagra 100mg
sildenafil order
generic viagra online
take viagra pills before sex

blackjack online usa
real time gaming casinos
casinos us players
best online casinos for usa mastercards
gambling jack
play roulette online for real money
live roulette wheel online
casino roulette en live
virtual casino promo codes
casino online
real roulette iphone
online casino
mobile online casino real money

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *