Bağla

AzNews.info



Bölmə: Manşet

Əli Həsənovun nəvəsi orduda xidmət edib – YENİLƏNİB

Əli Həsənovun nəvəsi orduda xidmət edib

Baş nazirin müavini Əli Həsənvun nəvəsi Nail Allahverdiyevin müddətli hərbi xidmətdə olmaması barədə məlumat həqiqəti əks etdirmir.

Virtualaz.org billdirir ki, bununla bağlı informasiya məhkəmənin gedişində Nail Allahverdiyevin anket məlumatları dəqiqləşdirilərkən səhv olaraq işlənib.

Bildirildiyinə görə, N.Allahverdiyev DTX-nin həbi hissəsində xidmətdə olub və 1 il bundan əvvəl tərxis edilib. Bu barədə xəbəri DTX-nin İctimaiyyətlə əlaqələr şöbəsində də təsdiqləyiblər.

* * *11:42

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində baş nazirin müavini Əli Həsənovun Bakıda “Gelandawagen” markalı avtomobil ilə ölümlə nəticələnən yol qəzası törətmiş nəvəsi Nail Allahverdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Virtualaz.org-un məlumatına görə, prosesə hakim Əhməd Quliyev sədrlik edib.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Anket məlumatlarından məlum olub ki, 1994- cü ildə Sumqayıtda anadan olan Nail Allahverdiyev ali təhsillidir, evlidir, fərdi əməklə məşğul olmayıb, heç yerdə işləmir, hərbi xidmətdə olmayıb.

Hazırlıq iclasında zərərçəkmiş qismində Ramiz Əsədov, Adil Ocaqverdiyev, Rauf Səmədov və Ülviyyə Əliyeva iştirak ediblər. Dövlət ittihamını prokuror Ramin Nağdəliyev müdafiə edib. Prokuror cinayət işinin məhkəmə baxışına təyin edilməsini istəyib. Məhkəmə baxışı dekabrın 1-ə təyin edilib.

Mənbə: virtualaz.org

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *