Bağla

AzNews.info



Bölmə: Manşet

“AST” Telmandan sonra Mübariz Mənsimov hədəfdə: PƏRDƏARXASI

“AST” Telmandan sonra Mübariz Mənsimov hədəfdə:

Rusiya böyük biznes imperiyasına sahib olan azərbaycanlıları bir-bir sıradan çıxarmağı hədəfləyib. AST şirkətlər qrupunun rəhbəri Telman İsmayılovdan başlayan proses davam edir. Onu əvvəl milyarderə, sonra “qurbana” çevirən Rusiya bundan təzyiq vasitəsi kimi istifadə edir. Təsadüfi deyil ki, AST Telmandan başqa azərbaycanlı neft maqnatı, “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərovun da vəziyyəti yaxşı deyil. Bir müddət öncə Vahid Ələkbərovun öz biznesini Türkiyəyə daşıyacağı haqqında məlumatlar dolaşırdı. Ancaq Vahid Ələkbərov Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra yayılan məlumatlar təkzib edildi.

Məlumdur ki, Rusiyanın dövlət neft şirkəti “Rosneft” “Lukoil”un səhmlərinin alınmasında maraqlıdır. Bu məsələ dəfələrlə gündəmə gəlsə də hər iki şirkət tərəfindən yayılan informasiyaların həqiqəti əks etdirmədiyi bəyan olundu. Ancaq bütün bunlara baxmayaraq neft maqnatlarının mübarizəsi davam edir. Rusiya mətbuatı hakimiyyətə yaxın mənbələrə istinadən yazır ki, “Rosneft”in prezidenti İqor Seçin bütün fəaliyyəti boyu “Lukoyl”u bazardan çıxarmağa və ya səhmlərə sahib çıxmağa çalışıb. Ehtimal olunur ki, Kreml də bu amildən Vahid Ələkbərova təzyiq vasitəsi kimi istifadə edir.

Görünən odur ki, Moskva artıq azərbaycanlı milyarderləri “oyundan” çıxarmağa qərar verib. AST Telman, Vahiq Ələkbərovdan sonra Moskva “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovu hədəfə alıb. Yayılan məlumatlara görə, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) İqtisadi Təhlükəsizlik Xidməti “Palmali” şirkətlər qrupunun bu ölkədəki nümayəndəliyinə qarşı araşdırmalara başlayıb. Törəmə müəssisə 1 milyard rubl məbləğində vergidən yayınmaqda şübhəli bilinir. Bununla yanaşı, şirkət maliyyə vəsaitlərinin Rusiyadan çıxarılmasında ittiham olunur. Bundan öncə, “Palmali”nin Rusiyanın Rostov şəhərindəki nümayəndəliyinin direktoru Aleksey Mixelev həbs olunub. Bildirilib ki, o, su nəqliyyatı ilə yüklərin daşınmasından əldə olunan gəlirin məbləğini səhv və ya aşağı göstərib. Belə ki, şirkət qanunvericiliklə müəyyən olunan dövr ərzində 2010-cu ildə dövlət büdcəsinə 881 milyon rubl, 2011-ci ildə isə 401 milyon rubl məbləğində mənfəət vergisini ödəməyib.

Qeyd edək ki, bir müddət öncə “Palmali” şirkətlər qrupu “Lukoil”u məhkəməyə verərək 2 milyard dollar təzminat tələb etmişdi. Məsələyə münasibət bildirən “Lukoyl” rəhbəri Vahid Ələkbərov da “Palmali”nin “qara iş”lərini gündəmə gətirmişdi. Bu məsələ haqqında yazılanları isə “Palmali” rəhbəri Mübariz Mənsimov belə şərh edib: “Sizin yalanlara gülüb keçirəm. Boşuna çalışmayın, bacara bilməyəcəksiz. Rusiya qanun dövlətidir. Bu çirkin sifarişlərin arxasında duranları bilirəm”. Göründüyü kimi, Rusiya azərbaycanlı milyarderlərə qarşı təzyiqlərini davam etdirir. Bu məsələnin yekununda kimin və hansı şərtlərlə qalib gələcəyi hələlik müəmmalıdır. Azərbaycanlı iş adamlarına qarşı duran hakim qüvvələrin əlinin nə dərəcədə güclü olması prosesin nə ilə nəticələnəcəyini göstərəcək.

Mənbə: Anaxeber.az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *