Bağla

AzNews.info



Bölmə: Manşet

Haqqin.az Artur Rasizadəyə müraciət etdi: işə qarışın və xilas edin!

Haqqin.az Artur Rasizadəyə müraciət etdi: işə qarışın və xilas edin!

İctimaiyyətin və Azərbaycan Mədəniyyət nazirliyinin etirazına baxmayaraq, Nərimanov Rayon İcra Hakimiyyəti və əlaltı tikinti şirkəti “pilot tikinti layihəsi” bəhanəsi ilə tarixi memarlıq abidəsi olan binanın söküntüsünü davam etdirir. Təhlükəli vəziyyətin yarandığını nəzərə alaraq, haqqin.az və virtualaz.org redaksiyaları Azərbaycanın baş naziri Artur Rasizadəyə açıq məktubla müraciət edib.



Çox hörmətli Artur Tahir oğlu!

Qəlbimizdə ağrı hissi ilə haqqin.az və virtualaz.org kollektivi Sizə - Azərbaycan hökumətinin başçısına və Azərbaycan ziyalılarının layiqli təmsilçisinə müraciət edərək, təxirə salınmadan Nərimanov rayonundakı memarlıq abidəsi olan tarixi binanın söküntüsü ətrafında yaranmış vəziyyətə müdaxilə etməyinizi xahiş edir.

Nazirlər Kabinetinin mövcud olmayan qərarı arxasında gizlənmiş yerli hakimiyyət barbarcasına paytaxtımızın Mədəniyyət nazirliyi tərəfindən qorunan tarixi binasını məhv edir. Nazirliyin müvafiq xidmətlərinin qəti etirazına baxmayaraq, Nərimanov Rayon İcra Hakimiyyəti Nazirlər Kabinetinin və FHN-in qərarı çərçivəsində həyata keçirilən “pilot tikinti layihəsi” ilə spekulyasiya edərək, gözlərimizin qarşısında köhnə Bakının daha bir yadıgarını yer üzündən silir.

Dünən Mədəniyyət nazirliyinin tövsiyəsi ilə redaksiyamızın nümayəndələri memarlıq abidəsi olan bu binaya baxış keçirib. Tam məsuliyyəti ilə bildiririk ki, köhnə Bakının ruhunu özündə daşıyan bu memarlıq abidəsi hələ uzun onilliklər bakılıların gözünü oxşaya bilərdi.

Nazirlər Kabinetinin sərəncamında Nərimanov rayonundakı 219 köhnəlmiş binanın sökülməsindən söhbət gedir. Lakin sərəncamın mətni ilə yaxından tanış olduqda biz orada sözügedən binanın sökülməsi ilə bağlı qərara rast gəlmədik. Bundan savayı, həmin bina hələ də Azərbaycanın tarixi abidələrinin reyestrinə daxildir. Milli Elmlər Akademiyası da bu binanın sökülməsini tövsiyə etməyib və bu, milli qanunvericiliyə ziddir.

Biz əminik ki, siz işbaz tikinti baronları ilə əlbir olan, vicdanını və şərəfini itirmiş icra hakimiyyəti nümayəndələrinə imkan verməyəcəksiniz ki, Bakının tarixi irsinə daha bir zərbə vursunlar. Həm də bu barbarlar Sizin adınızın arxasında gizlənirlər!

Haqqin.az və virtualaz.org redaksiyaları adından Eynulla Fətullayev

Mənbə: virtualaz.org

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *