FƏLAKƏT SSENARİSİ: Qonşumuzla böyük müharibəyə hazırlıq başladı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Hərbi

FƏLAKƏT SSENARİSİ: Qonşumuzla böyük müharibəyə hazırlıq başladı

FƏLAKƏT SSENARİSİ: Qonşumuzla böyük müharibəyə hazırlıq başladı

Səudiyyə Ərəbistanı və İran arasında gərginlik hər keçən gün artır. Səudiyyə Ərəbistanının liderliyi ilə keçirilən Ərəb Birliyi xarici işlər nazirlərinin zirvə görüşündə “İrana qarşı müharibə elan edilmədi” açıqlaması da qarşıdurmanın pik həddini göstərir.

Publika.az xəbər verir ki, Səudiyyə Ərəbistanın “Al Arabiya” xəbər saytının köşə yazarı Mişari Zeydi İranın bölgədə heç kimi sağ buraxmayacaq planının olduğu iddiası ilə çıxış edib.

“Bu sadəcə Səudiyyə Ərəbistanının müharibəsi deyildir. Bu, bütün ərəblərin və müsəlmanların, hətta bəşəriyyətin müharibəsidir. Bu gün müharibəyə qatılmayanlar alçaqlar süfrəsində məğlub olacaqlar”, - deyə ərəb yazar iddialarını davam etdirib.
FƏLAKƏT SSENARİSİ: Qonşumuzla böyük müharibəyə hazırlıq başladı


Ərəblərin təhdidləri qarşısında İran da susmaq fikrində deyil. ABŞ-ın CNBC telekanalına danışan İran rəsmilərindən biri “İran sülhsevər dövlətdir, lakin yeganə seçim qalarsa, müharibəyə hazırdır” deyə bildirib.

Diqqət çəkən məqamlardan biri də Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın bu proseslərdə baş oyunçu kimi təqdim edilməsidir. Xüsusilə Səudiyyə Ərəbistan mediası İranın dini lideri Xameneinin qarşısına şahzadə Salmanı çıxarır, onların fotosunu birgə yayır. Bu, gənc vəliəhdin kral olmasa da, ölkəsində hər şeyə nəzarət etdiyini sübut etməklə yanaşı, həm də yeni liderin o olacağına işarədir. Qərb mediası isə Məhəmməd bin Salmanı “Mister Hər Şey” (Mr. Everuthing) deyə təqdim edir.

Oksford Universitetinin Yaxın Şərq üzrə mütəxəssisi Tobi Matthiens Səudiyyə və İran arasındakı hazırki vəziyyətin əvvəlki dövrlərlə müqayisədə daha təhlükəli olduğuna diqqət çəkib.

FƏLAKƏT SSENARİSİ: Qonşumuzla böyük müharibəyə hazırlıq başladı

Onun fikrincə, vəliəhd Salmanın İranı sərt şəkildə təhdid etməsi iki ölkə arasında vəziyyətin nəzarətdən çıxması nöqtəsi ola bilər.

“Vəliəhd ABŞ prezidenti Donald Trampla səmimi münasibətlərinə görə bölgədə toxunulmazlıq statusu alıb. O, İranla Livan arasında quru dəhlizi qurmağa nail oldu və bununla İrana qarşı həmlələrini genişləndirdi”, - deyə Tobi Matthiens qeyd edib.

Yaxın Şərq üzrə amerikalı ekspert Cosua Landis Səudiyyənin İrana qarşı Livan gedişini şərh edib: “Məhəmməd bin Salman Livanın baş naziri Saad Haririnin İranla uzlaşdığını düşünür. Şahzadə düşünür ki, Livan hökuməti dağılarsa və Hizbullaha dəstək kəsilərsə, Qərb hər şeyi anlayacaq və Hizbullahı sıxışdıracaq. Mümkündür ki, 2006-cı ildə olduğu kimi Səudiyyə Ərəbistanı yenə də İsrailin Livana hücum etməsinə şərait yaratsın. Lakin bu dəfə daha güclü ordu ilə hücum ediləcək”.
FƏLAKƏT SSENARİSİ: Qonşumuzla böyük müharibəyə hazırlıq başladı


“Financial Times” nəşrinin siyasi analitiki David Qartner hesab edir ki, Livan Riyad və Tehran arasındakı vəkalət müharibəsinin yeni məkanı olacaqsa, bu, Yaxın Şərqdə nəzarətdən çıxan toqquşma ilə nəticələnəcək.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *