Rövnəq Abdullayev: “SOCAR müxtəlif ölkələrə investisiya qoymağa davam edəcək” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet

Rövnəq Abdullayev: “SOCAR müxtəlif ölkələrə investisiya qoymağa davam edəcək”

Rövnəq Abdullayev: “SOCAR müxtəlif ölkələrə investisiya qoymağa davam edəcək”

Noyabrın 16-da Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) tərəfindən öz üzvləri üçün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Consun iştirakı ilə işgüzar görüş təşkil edilib.

“AzərTAc” xəbər verir ki, tədbirdə diplomatik korpusun nümayəndələri də daxil olmaqla 200-dən çox şirkət nümayəndələri iştirak edib.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons bildirib ki, Azərbaycanda 2 milyard ton neftin hasil olunması ölkə tarixində şanlı hadisədir.

Rövnəq Abdullayev: “SOCAR müxtəlif ölkələrə investisiya qoymağa davam edəcək”


Q.Cons, həmçinin BP-nin fəaliyyəti barədə məlumat verib. "BP artıq 25 ildir ki, Azərbaycanda təhlükəsiz və səmərəli şəkildə fəaliyyət göstərir. Biz burada etibarlı və uğurlu tərəfdaşlıq qurduğumuz üçün qürur duyuruq. Bu yaxınlarda Azərbaycan tərəfi ilə əsas müqavilənin 2050-ci ilə qədər uzadılması bu tərəfdaşlıqda yeni bir səhifədir".

SOCAR-ın prezidenti Rövnəq Abdullayev şirkətin yerli müəssisədən transmilli şirkətə çevrilməsi barədə danışaraq SOCAR-ın xarici şirkətlər ilə əməkdaşlığına toxunub, eyni zamanda Azərbaycanın milli gəlirlərinin artırılması istiqamətində SOCAR-ın öz investisiya strategiyasını şaxələndirdiyini vurğulayıb. "Neft qiymətləri yüksək olduğuna görə neft və qaz hasilatına irihəcmli investisiyalar qoyulub. Bununla belə, neft emalı və kimya məhsullarının istehsalına irihəcmli investisiyalar qoymaqla bərabər SOCAR öz aktivlərini şaxələndirmək qərarına gəlib. Neft qiymətləri düşən zaman biz bu qərarın sağlam məntiqə əsaslandığına bir daha əmin olduq. Biz xam neft ticarəti ilə müqayisədə kimya məhsullarının qiymətlərində daha az qiymət dəyişmələrinin şahidi olduq. Nəticə etibarilə, biz ötən illərdə neft emalı və kimya məhsullarından əvvəlki illərlə müqayisədə daha böyük gəlirlər əldə etdik. Beləliklə biz ölkəmizin sərvətinin artırılmasına töhfə vermək məqsədilə bütün dünyada müxtəlif ölkələrdə investisiya qoymağa davam edəcəyik".
Rövnəq Abdullayev: “SOCAR müxtəlif ölkələrə investisiya qoymağa davam edəcək”

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *