Xanım deputat Milli Məclisi tənqid etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet

Xanım deputat Milli Məclisi tənqid etdi

Xanım deputat Milli Məclisi tənqid etdi

Millət vəkili Aytən Mustafayeva əlillərin müavinətlərinin artırılması ilə bağlı çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, millət vəkili komitə iclasında qeyd edib ki, əlilliyin təsdiqlənməsi hər il aparılmalıdır: “Əlillərə 50 manat müavinət verilir. Əzizim, bu 50 manat nəyə bəs edir? Onlar da Azərbaycan vətəndaşlarıdır. Təhsil almaq və digər bütün hüquqları var. Rayonlarımızda lal və karlar üçün məktəb yoxdur. Mənə Astarada olan ailə müraciət edib ki, hamısı lal - kardır, amma oxumağa məktəb yoxdur. Lal-kardır deyə işləyə bilməz?

Ələ baxmasınlar deyə, onlara iş yeri verməliyik. Rusiya Dumasında əlil deputatlar da var. Onlar fəaldırlar. Bizim Milli Məclisin binasında heç imkan yoxdur ki, əlil içəri girə bilsin. Bunun üçün binada pilləkən yoxdur. Gəlin, birinci özümüzdən başlayaq”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deputatın iradı ilə razılaşıb: "Prosesə elə Milli Məclisin özündən başlamaq lazımdır. Bizim nazirliyin binasında panduslar qoyulub. Bütün orqanlara məktub göndərdik ki, əlillərin sərbəst daxil olub çıxması üçün yeni tikililərdə şərait yaradılsın. Bunun üçün “Əlillərinin sosial müdafiəsi haqqında” qanun yenidən işlənilib və hökumətə göndərilib. Yəqin ki məsələyə bu yaxınlarda baxılacaq”.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *