Putin Trampla görüşünün təxirə salınmasına münasibət bildirib » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Dünya

Putin Trampla görüşünün təxirə salınmasına münasibət bildirib

Putin Trampla görüşünün təxirə salınmasına münasibət bildirib


“Bu onu göstərir ki, Rusiya ilə ABŞ arasında münasibətlər böhran vəziyyətindən çıxmayıb”.

AzNews.info Report-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla Vyetnamda Asiya- Sakit okean Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində nəzərdə tutulan görüşünün təxirə salınmasını şərh edərəkən deyib.

“Biz bu səhifəni çevirib, gələcəyə baxmağa, ABŞ və Rusiya xalqlarının maraqları naminə problemləri həll etməyə, konkret ciddi iqtisadi əlaqələri davam etdirməyə hazırıq”, - deyə V.Putin vurğulayıb.

Qeyd edək ki, APEC-in sammiti noyabrın 10-11-də Vyetnamın Dananq şəhərində keçirilib. Kremlin mətbuat xidməti toplantı çərçivəsində D.Trampla V.Putin arasında görüşün keçiriləcəyi ilə bağlı məlumatlar yaymışdı. Ancaq tədbirin başlamasına bir gün qalmış Ağ ev prezidentlər arasında ayrıca görüşün olmayacağını açıqladı. Sammitdə Donald Trampla Vladimir Putin yalnız salamlaşıb.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *