İran-Səudiyyə xətti qırıldı, BÖYÜK MÜHARİBƏ... » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

İran-Səudiyyə xətti qırıldı, BÖYÜK MÜHARİBƏ... - Dünya şokdadır!

İran-Səudiyyə xətti qırıldı, BÖYÜK MÜHARİBƏ...

İran prezidenti Həsən Ruhani, Yəməndən Səudiyyə Ərəbistanına atılan ballistik raketlə bağlı açıqlama verib.

Metbuat.az-ın məlumatına görə, Ruhani bildirib ki, bu, Səudiyyə Ərəbistanının hücumlarına cavab idi: “Yəmən xalqı öz ölkələrini bombalamağa necə cavab verməlidir, öz silahlarını istifadə etməsinlər? Əvvəlcə bombardmanı dayandırın, sonra yəmənlilər də eyni şeyi edəcək”.
O, bildirib ki, Səudiyyə Ərəbistanı ABŞ və İsraili özünə dost seçməklə strateji səhvə yol verib: “Səudiyyə Ərəbistanı İranın gücündən qorxmalıdır”.

Qeyd edək ki, şənbə günü Yəməndən ər-Riyada atılan ballistik raket Səudiyyəni çox qəzəbləndirib. Bundan sonra hər iki ölkə qarşılıqlı olaraq gərginliyi artıracaq şərhlər veriblər. Hücumun arxasında İranın olduğunu sübut etdiklərini bildirən Səudiyyə Ərəbistanı rəsmiləri qeyd ediblər ki, bu, müharibə elanı kimi qiymətləndirilir. İran Xarici İşlər Nazirliyinin sözçüsü Behram Qasımi isə Səudiyyə Ərəbistanının ittihamlarını, məsuliyyətsiz, təxribatçı və əsassız adlandırıb. Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil Cubeyr bildirib ki, İranın hərəkətlərinə doğru zamanda və doğru yerdə cavab vermək hüquqları var. Həmin bəyanata cavab verən İran Xarici İşlər Nazirliyi, “Səudiyyə Ərəbistanı öz hücumlarının nəticəsini görür” deyib.

Mənbə: Metbuat.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *