Sabiq polis mayoru bağ evində narkotik yetişdirirmiş » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Kriminal

Sabiq polis mayoru bağ evində narkotik yetişdirirmiş – BAKIDA

Sabiq polis mayoru bağ evində narkotik yetişdirirmiş

Bakı Ağır Cinayətlər Məhkəməsində polis mayoru, 55 yaşlı İlqar Rzayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Bizimyol.info” Virtualaz.org-a istinadən xəbər verir ki, prosesə hakim Zeynal Ağayev sədrlik edib.

İttihama əsasən, İlqar Rzayev Xəzər rayonu, Qala qəsəbəsindəki bağ evinin həyətində qanunsuz olaraq narkotik vasitə olan çətənə bitkisi yetişdirib və kultivivasiya edib. Xəzər Rayon Polis (RPİ) 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində İ.Rzayevə məxsus bağ sahəsinə baxış keçirilib. Polis əməkdaşları baxış keçirərkən təmiz çəkisi 1145 qram (1 kq 145 qram) çətənə bitkisi aşkar edilərək götürülüb.

Cinayət Məcəlləsinin 237.2.3-cü (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə ittiham olunan İ.Rzayevin barəsində Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

25 il DİN-in Nəqliyyat Polisində işləyən, hazırda təqaüddə olan sabiq polis mayoru istintaq zamanı narkotik istifadəçisi olduğunu etiraf edib. O, fadəsində yay aylarında bağda qaldığını, mayın əvvəlində ağacları sulayarkən yaşıl otlara rast gəldiyini deyib: “O otların orada necə bitməsindən xəbərim olmayıb. Narkotik istifadəçisi olduğumdan həmin bitkilərə qulluq edib yetişdirdim. Bitkiləri dərib qurudub özüm istifadə etməyə hazırlaşırdım. İyunun 7-də bağda olan zaman bir neçə nəfər həyətə gəlib polis olduqlarını dedilər və evə baxış keçirmək istədiklərini bildirdilər. Baxış zamanı 50 ədəd çətənə kolu aşkarlanaraq götürüldü”.

Şahid qismində dindirilən Xəzər RPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Ata Atayev ifadəsində göstərib ki, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yaşayan İlqar Rzayevin narkotik bitkilərin kultivasiyası ilə məşğul olması barədə məlumat daxil olub. Əməliyyat qrupu ilə birgə həmin əraziyə yollanıblar. Evin qarşısında dayanmış İ.Rzayevə mənzilə baxış keçirmək istədiklərini deyiblər: “İlqar etiraz etmədi. Həyətə baxış zamanı ağacların dibində əkilmiş çətənə kolu aşkar edildi. Evə baxış zamanı şkafın içərisində 60 ədəd boş kibrit qutusu tapıldı”.

Təqsirləndirilən İ.Rzayev istintaq zamanı etirafedici ifadə versə də, məhkəmədə çətənə kollarının ona aid olmadığını deyib. Mənzildən tapılan 60 ədəd kibrit qutusuna gəlincə isə, sabiq polis mayoru “nəvəmə oyuncaq düzəldəcəkdim” deməklə kifayətlənib.

Məhkəmə prosesi noyabrın 10-da davam edəcək.

Mənbə: BizimYol.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *