Putin Azərbaycanla münasibətləri “məxsusi” adlandırdı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Putin Azərbaycanla münasibətləri “məxsusi” adlandırdı

Putin Azərbaycanla münasibətləri “məxsusi” adlandırdı

Azərbaycan və Rusiya liderləri – Vladimir Putin və İlham Əliyev bu gün Tehranda İran prezidenti Həsən Ruhaninin də iştirakı ilə üçtərəfli görüşdən öncə söhbət etmək üçün görüş keçiriblər.

“Sizi bu dəfə Tehranda görməyimə çox şadam: biz mütəmadi olaraq görüşürük, telefonla danışırıq, daim əlaqədəyik – bu da təbiidir, çünki dövlətlərimiz arasında münasibətlər məxsusi xarakter daşıyır, bu strateji tərəfdaşlıq münasibətləridir”, - İ.Əliyevlə görüşün əvvəlində V.Putin bildirib.

Virtualaz.org-un “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Putin qeyd edib ki, münasibətlərin inkişafı naminə ikitərəfli səylər faydasız qalmır və buna misal kimi mal dövriyyəsini göstərmək olar: bu ilin ilk 9 ayında həmin göstərici az qala 62% artıb.

“Biz başqa istiqamətlər üzrə də işləyirik, daim regional problemlər barədə məsləhətləşirik, sizinlə ikitrəfli formatda görüşməyə çox şadam”, - V.Putin deyib.

Öz növbəsində, İlham Əliyev qeyd edib ki, hazırkı görüş bu il ilk belə görüş deyil və onların hər biri daha yaxşı nəticələrə gətirib çıxarır. “Biz münasibətlərin inkişafına yeni impuls veririk, şadıq ki, iqtisadi sahədə müəyyən mürəkkəb proseslərdən sonra mal dövriyyəsi artır”, - İlham Əliyev deyib.

Onun sözlərinə görə, bu iki ölkənin biznes strukturlarının böyük qarşılıqlı marağının göstəricisidir.

“Rusiya ilə münasibətlərimiz strateji xarakter daşıyır, biz onları belə xarakterizə edirik. Bütün istiqamətlər üzrə əməkdaşlıq edirik: humanitar, iqtisadi, energetika, nəqliyyat, hərbi-texniki sahələrdə. Buna görə də, bu dostların, qonşuların və yaxın tərəfdaşların tam dəyərli münasibətləridir”, - İlham Əliyev vurğulayıb.

O həmçinin məmnuniyyət hissi ilə qeyd edib ki, bu gün keçiriləcək üçtərəfli görüş qlobal miqyaslı çox vacib hadisədir.

“Bu, dərin tarixi köklər və qarşılıqlı maraqlar əsasında qurulmuş tərəfdaşlıqdır ki, həmin dəstəyi üç ölkə beynəlxalq arenada nümayiş etdirir”, - Azərbaycan lideri qeyd edib.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Estilo de moda de invierno, clásico y tendencia de convivencia de su elección
comprar botas ugg
botas ugg baratas

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *