Leyla Şıxlinskayaya qarşı cinayət işi qaldırıldı: 2 milyon manat vergidən yayınma... » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Kriminal

Leyla Şıxlinskayaya qarşı cinayət işi qaldırıldı: 2 milyon manat vergidən yayınma...

Leyla Şıxlinskayaya qarşı cinayət işi qaldırıldı: 2 milyon manat vergidən yayınma...

Xalq artisti, balerina Leyla Şıxliskayanın rəhbərlik etdiyi klinikanın iki milyon manatdan çox vergidən yayınması faktına görə cinayət işi qaldırılıb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin qaldırdığı cinayət işi istintaq aparılması üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib. Bu haqda femida.az bildirir.

Virtualaz.org-a məlum olub ki, cinayət işi təxminən 20 gün əvvəl qaldırılıb. Xatırladaq ki, “Leyla Şıxlinskaya” klinikasının keçmiş baş mühasibi Şəhla Abbasova virtualaz.orgsaytına müsahibəsində klinikada tətbiq edilən qara mühasibatlıq və pulların vergidən yayındırılması barədə sensasion faktlar açıqlamışdı. Ş. Abbasova 4 il əvvəl Leyla Şıxlinskaya ilə mübahisəyə görə işdən ayrılıb. Bundan sonra Şıxlinskaya onun barəsində hüquq-mühafizə orqanlarına şikayət edərək keçmiş baş mühasibin klinikanın “qara kassasından” 1 milyon manat oğurlamaqda ittiham edib.

Leyla Şıxlinskayaya qarşı cinayət işi qaldırıldı: 2 milyon manat vergidən yayınma...


Həmin şikayət əsasında əvvəlcə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi istintaq aparıb, lakin tutarlı dəlillər olmadığından istintaq dayandırılıb. Daha sonra Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Leyla Şıxlinskayanın şikayəti əsasında istintaqı yenidən bərpa edib, ancaq keçmiş baş mühasib və işdə adı keçən digər əməkdaşlar onlara qarşı irəli sürülən ittihamları qəbul etmirlər.

Habelə Ş.Abbasova həm istintaqa ifadəsində, həm saytımıza müsahibəsində klinikada ancaq rəsmi mühasibatlıq işlərinə cavabdeh olduğunu, daxil olan pulların böyük hissəsinin Şıxlinskayanın Nadya adlı yaxın adamının nəzarət etdiyi “qara kassa”da cəmləndiyini, oradan isə daşınmaz əmlak alınması və digər məqsədlər üçün xarici bank hesablarına köçürüldüyünü danışıb. Söhbət klinikanın fəaliyyət göstərdiyi 17 il ərzində tətbiq edilən qara mühasibatlıqdan gedir. Və həmin irimiqyaslı vergidən yayınma faktına görə hüquq-mühafizə orqanları nəhayət cinayət işi qaldırıblar. Oğurluq ittihamına görə isə keçmiş baş mühasib də daxil olmaqla klinikanın bir neçə əməkdaşının barəsində qaldırılmış cinayət işinin istintaqı tamamlanaraq məhkəməyə göndərilib.

Leyla Şıxlinskayaya qarşı cinayət işi qaldırıldı: 2 milyon manat vergidən yayınma...

Leyla Şıxlinskaya "Qafqazinfo"ya açıqlamasında klinikanın iri məbləğdə vergidən yayınmasına görə cinayət işi qaldırıldığını dolayısı ilə təsdiqləyib: “ “Mövzu ilə bağlı mənə çox sual verməyin. Rəsmi orqanlardan məlumat ala bilərsiz. Mən ancaq o orqanların açıqlamasına cavab verə bilərəm. İndi məhkəmə başlayır. Baxaq görək nə məsələdir. Mənim günahım varsa, cavab verməli olacam. Klinikada maliyyə məsələlərinə cavabdeh deyiləm. İmza qoymağa belə ixtiyarım yoxdur. Mən orada ancaq təsisçiyəm, nə müdir, nə də mühasibəm. Rəsmi olaraq maaş və digər məsələlərə qarışmağa ixtiyarım yoxdur. Sənədlərə direktor, baş həkim və baş mühasib imza qoya bilər”.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *