Mixail Qorbaçovu dindirmiş müstəntiq işdən çıxarıldı » AzNews.info -Xəbər portalı

Mixail Qorbaçovu dindirmiş müstəntiq işdən çıxarıldı

Mixail Qorbaçovu dindirmiş müstəntiq işdən çıxarıldı

Rusiya İstintaq Komitəsinin rəhbərliyinin qərarı ilə ölkənin ən təcrübəli müstəntiqlərindən biri - əfsanəvi general İskantsev işdən çıxarılıb.

Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, qərar üçün formal səbəb İskantsevin müqaviləsinin müddətinin bitməsi və təqaüd yaşının yaxınlaşmasıdır. Lakin mənbə iddia edir ki, əsas səbəb generalın mübahisə etməyi xoşlaması və rəhbərliklə “yola getməməsi”dir.

Bildirilir ki, general Anatoli İskantsev Budyonnovskdakı, “Rijskaya” və “Avtozavodskaya” metro stansiyalarındakı, “Park Kulturı” və “Lubyanka”dakı terror aktlarının araşdırılmasında, “Park Pobedı” stansiyasında qatarın qəzaya uğraması işində əsas fiqur olub. 50 dənizçinin ölümünün araşdırılması xatirinə general bir neçə ay Uzaq Şərqdə yaşayıb və istintaq aparıb. General İskantsev SSRİ prezidenti Mixail Qorbaçovu şəxsən dindirmiş müstəntiqdir.

İskantsevin son işi sosial şəbəkələrdə yeniyetmələri intihara sürükləyən “Mavi balina” qruplarının müəlliflərinə qarşı cinayət işi olub.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *