Əmlak Komitəsi Prezident yanında Şuranın qərarını vecinə almır » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet

Əmlak Komitəsi Prezident yanında Şuranın qərarını vecinə almır

Əmlak Komitəsi Prezident yanında Şuranın qərarını vecinə almır

Əmlak Məsələləri Dövlət Komitəsi və onun sədri Kərəm Həsənov barədə çoxlu sayda şayiə və söz-söhbət gəzir. Bu da anlaşılandır, axı komitə həm həcminə, həm də dəyərinə görə əmlakla bağlı irimiqyaslı işlər görür. Özü də bu işləri camaatın gözündən iraq görür ki, bu da sahibkarlarda narazılıq doğurur. Əlbəttə, burada hər bir sənəd, hətta hər bir hərf və ya rəqəm mühüm əhəmiyyətə malik ola bilər – onları yoxlamaq, müqayisə etmək lazımdır. Lakin sahibkarlar bəzən səbəbi çətin izah edilən yoxlamalardan deyil, bu komitədə şikayətlərinin və hətta yuxarı orqanların və məhkəmələrin qərarlarının necə inadla rədd edilməsindən narazıdır. Dövlət Komitəsi keçilməz səddir – nə haqq-ədalətlə, nə göz yaşları ilə, nə də çığır-bağırla onu dəf etmək mümkün deyil.

Hamının yaxşı tanıdığı, 8-ci kilometrdə yerləşən bazarla bağlı əhvalat bu dediklərimizin bariz nümunəsidir.

2014-cü ildə həmin bu bazar prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş Dövlət əmlakının özəlləşdirilməsi üzrə II Dövlət Proqramı çərçivəsində özəlləşdirilməyə çıxarılıb. Bazarın özəlləşdirilməsi barədə sərəncam isə şəxsən komitənin sədri Kərəm Həsənov tərəfindən imzalanıb. Bu məqsədlə bazar Səhmdar Cəmiyyətinə çevrilib. Ən nəhayət, 2015-ci ilin yanvar ayının 23-də investisiya müsabiqəsinin nəticələrinə əsasən, həmin obyektin vətəndaş Bəhram Qurbanova satılması barədə sövdələşmə baş tutub. Sahibkar SC-nin səhmlərinin 99,89%-nin sahibinə çevrilib, yerdə qalan 0,11% isə daha 4 mülkiyyətçi arasında bölüşdürülüb.

Aydın məsələdir ki, müsabiqə üzrə nəzərdə tutulmuş bütün xərcləri Qurbanov çəkib. Qısa müddətdə 1,5 milyon manat ödəyərək (investisiyalar, dövlət büdcəsinə və bazarın hesabına köçürmələr), yeni sahibkar Dövlət Komitəsinə müstəqil auditorun yekun rəyini və yekun hesabatı təqdim edib ki, əziyyət çəkmədən müvafiq şəhadətnaməni əldə edə bilsin. Amma deyir, sən saydığını say... İnvestisiya müsabiqəsinin bütün şərtləri tam həcmdə yerinə yetirilsə də, Həsənovun idarəsi cavab verməyə tələsmirdi.

Qanunla nəzərdə tutulmuş müddət keçdikdən sonra Qurbanov Dövlət Komitəsinin özündə fəaliyyət göstərən Apellyasiya Şurasına müraciət edib ki, bazara mülkiyyət hüququ barədə şəhadətnaməni ala bilsin. Lakin Şura ona rədd cavabı verib.

Əmlak Komitəsi Prezident yanında Şuranın qərarını vecinə almır

Dövlət komitəsinin ilk qərarı

Dövlət Komitəsi rədd cavabına əsas kimi Qurbanovun təqdim etdiyi “yekun hesabatda mövcud olan çatışmazlıqları” göstərib. Daha inandırıcı görünsün deyə, o da əlavə edilib ki, özəlləşdirmənin yekunlarını təsdiqləmək üçün komissiyanı formalaşdırmaq heç cür mümkün olmur. Qurbanov çox düşünüb-daşınıb ki, əcəba, yekun hesabatda çatışmazlıqlar var idisə, nəyə görə ona bu barədə indiyə kimi heç nə deməyiblər və əgər komitəyə komissiyanı formalaşdırmaq üçün 11 ay bəs eləmirsə, daha nə qədər gözləmək lazımdır? Sahibkar anlayır ki, bu idarədəki bürokratiya ilə elə-belə bacarmaq mümkün olmayacaq.

Yuxarı təşkilat – Prezident yanında Apellyasiya Şurası qat-qat çevik və ədalətli hərəkət edir. Burada sahibkarın tələbləri tam şəkildə ödənilir.

Əmlak Komitəsi Prezident yanında Şuranın qərarını vecinə almır

Prezident yanında Apellyasiya Şurasının qərarı

Dövlət Komitəsinə isə birbaşa bənd-bənd göstərilir ki, hansı qanun pozuntularına yol verilib. Bundan savayı, Prezident yanında Apellyasiya Şurası Dövlət Komitəsinin hərəkətlərini öz adı ilə çağırmaqdan da çəkinməyib – “fəaliyyətsizlik”, “qanuna zidd hərəkətlər”, “əsassız nəticələr” və sairə. Komitəyə birmənalı olaraq göstərilir ki, yeni qərar çıxarsın. Oxucuya belə gələ bilər ki, vəssalam, yuxarı təşkilatın qərarı yerinə yetirilməlidir. Fəqət, heç də belə deyil.

Şuranın göstərdiyi faktları diqqətlə araşdırmaq əvəzinə, Dövlət Komitəsi komissiya yaradır (lazım olanda yarada bilirmiş) və həmin komissiya Qurbanovla bağlanmış alqı-satqı müqaviləsini ümumiyyətlə ləğv edir.

Bütün bunlar idarənin rahatlığı ilə seçilən kabinetlərində baş verir, sahibkar özü isə komissiyadan heç dəvət də almır. Bu barədə o, yalnız komitə sədrinin müavini Rafiq Cəlilovun imzaladığı 1 dekabr 2016-cı il tarixli məktubu alandan sonra xəbər tutur. Daha 4 gün sonra isə Dövlət Komitəsinin Apellyasiya Şurası Qurbanovun şikayətinə bir də baxır və... yenə rədd edir. İstinad kimi isə bu dəfə komissiyanın qərarı göstərilir. Halbuki, Prezident yanında Apellyasiya Şurasının tələbində açıq-aydın qeyd olunur ki, şikayətə ilk olaraq Dövlət Komitəsinin Apellyasiya Şurasında baxılmalıdır.

Yəqin ki, Kərəm Həsənovun idarəsinin arabanı atın arxasına deyil, qarşısına bağlamaq qərarını anlayırsınız – məsələnin bu cür qoyuluşu Dövlət Komitəsinin Apellyasiya Şurasına imkan yaradır ki, öz qərarını heç olmasa nə iləsə izah edə bilsin. Amma bu dövlət strukturundan şikayətləri başdan eləmək üçün formal qərarlar vermək deyil, tam əksi – hər bir konkret şikayəti araşdırmaq və düzgün qərar vermək tələb olunur.

İstənilən digər idarədə bu cür özbaşınalığın qarşısı dərhal alınar, günahkarlar cəzasına çatardı. Lakin Əmlak Məsələləri Dövlət Komitəsində deyil, insanlar burada belə anlaşılmazlıqlarla tez-tez qarşılaşırlar...
Əmlak Komitəsi Prezident yanında Şuranın qərarını vecinə almır

Dövlət komitəsinin Prezident yanında Apellyasiya Şurasının qərarını icra etməkdən imtina ilə bağlı qərarı

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Estilo de moda de invierno, clásico y tendencia de convivencia de su elección
ugg ascot baratas
ugg bailey button baratas

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *