Jirinovski Sarkisyan kimi danışdı » AzNews.info -Xəbər portalı

Jirinovski Sarkisyan kimi danışdı – QARABAĞ PROBLEMİNİN HƏLLİ YOXDUR

Jirinovski Sarkisyan kimi danışdı

“Azərbaycanın uzun müddət Qarabağ problemi olacaq”.

“Sputnik-Azərbaycan” xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovski "Dəyişən dünyada inteqrasiya prosesləri" mövzusunda aparılan panel diskussiyada çıxış edərkən deyib.

Qeyd edək ki, sözügedən müzakirələr Soçidə keçirilən XIX Ümumdünya gənclər və tələbələr festivalı çərçivəsində aparılıb.

RLDP lideri qeyd edib ki, Qarabağ kifayət qədər aktual problemdir və həll olunmayandır: "Biz Azərbaycan və Ermənistan barədə danışanda başa düşməliyik ki, onların həlli mümkün olmayan ərazi problemləri var. Bu problemin həlli yoxdur".

Onun sözlərinə görə, tərəflərin hər ikisi Qarabağı özününkü hesab edir.

"Bizim Azərbaycana münasibətimiz yaxşıdır, amma görürsüz ki, burada əsas məsələ SSRİ-nin qeyri-qanuni parçalanmasıdır. Bu vahid ölkə idi. Rusiya imperiyası. Onu qanunsuz olaraq bağlayıb SSRİ-ni yaratdılar. Sonra da qanunsuz olaraq SSRİ-ni dağıtdılar. Dövləti dağıtmaq olmaz, bu, mümkün deyil. Amma bunu etdilər. Ona görə də hər yerdə hüquq mühiti olmalıdır", – deyə deputat bildirib.

"Mən Azərbaycanı salamlayıram. Oranın rəhbəri İlham Əliyevi, Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin (MDBMU) məzununu, onun atasını yaxşı tanıyıram. Amma onların problemləri uzun müddət qalacaq. Qüds problemini həll etmək mümkündür? Yox. Yəhudilər hesab edirlər ki, bu, onların şəhəridir, paytaxtıdır, ərəblər isə hesab edirlər ki, onlarındır", – deyə Rusiya liberallarının lideri əlavə edib.

Virtualaz.org xatırladır ki, V.Jirinovskinin bu bəyanatı Cenevrədə prezident İlham Əliyevlə danışıqlardan dərhal sonra Ermənistan prezidenti Serj Sarkisyanın verdiyi bəyanatla səsləşir. İsveçrə Konfederasiyasındakı Ermənistan səfirliyində erməni diasporunun nümayəndələri ilə etdiyi söhbətdə S.Sarkisyan demişdi: “Problemin həll variantı ilə bağlı hər hansı konkret razılaşma yoxdur”.

"Qarabağ münaqişəsində heç vaxt sadə həll qərarı olmayacaq ", - deyə Ermənistan prezidenti onda əlavə etmişdi.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *