Polşa nazirinin Bakı bəyanatına Rusiyadan tələsik şərh: “Azərbaycanın qazı heç özünə çatmayacaq...” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

Polşa nazirinin Bakı bəyanatına Rusiyadan tələsik şərh: “Azərbaycanın qazı heç özünə çatmayacaq...”

Polşa nazirinin Bakı bəyanatına Rusiyadan tələsik şərh: “Azərbaycanın qazı heç özünə çatmayacaq...”

Bakıda səfərdə olan Polşa xarici işlər naziri Vitold Vaşikovski ölkəsinin Cənub Qaz Dəhlizini dəstəklədiyini bəyan edib. Virtualaz.org xəbər verir ki, nazir Polşanın Cənub-Şərqi Avropaya Rusiya qazına alternativ qaz təchiz etməyə imkan verən bu dəhlizi dəstəklədiyini bildirib.

“Biz Azərbaycanın öz xammal potensialı sayəsində Avropanın energetika təhlükəsizliyinin gücləndirilməsinə verəcəyi töhfəni səbrsizliklə gözləyirik”-nazir Bakıda deyib.

Vaşikovski əlavə edib ki, Cənub Qaz Dəhlizi ildə 10 milyard kubmetr Azərbaycan qazını Avropa ölkələrinə nəql etməyə imkan verəcək. “Bu, böyük həcm deyil, ancaq əməkdaşlığın genişləndirilməsinin əsasını qoyur. Hazırda Rusiya təchizatçısının dominantlıq etdiyi Cənub-Şərqi Avropa bazarına çıxış diversifikasiyanın təmin edilməsi potensialını möhkəmləndirəcək”-nazir bildirib.

Polşa nazirinin Bakı bəyanatına Rusiyadan tələsik şərh: “Azərbaycanın qazı heç özünə çatmayacaq...”


Polşa xarici işlər nazirinin Bakıda verdiyi bu bəyanata Rusiyadan tələm-tələsik reaksiya veriblər. Milli energetika təhlükəsizliyi Fondunun aparıcı eksperti İqor Uşakov “Ekonoika seqodnya” agentliyinə bildirib ki, Polşanın “Cənub Qaz Dəhlizi”inə dəstəyi Rusiyanın “Şimal axını-2” layihəsini nə yollasa əngəlləməyə yönəlmiş “axmaq cəhdlərdən” biridir.

“Varşava Cənub Qaz Dəhlizinə dəstəyini bəyan edəndə bunu düşüncəsiz şəkildə “Şimal axını-2” ilə müqayisə edir. Polşada Rusiya “borusuna” qarşı etirazlar eşidilməmiş deyil, lakin avropalılar soruşurlar: o zaman Avropa İttifaqının qaza olan tələbatını ödəmək üçün Rusiya qaz kəmərini nəylə əvəz edək? Alternativ kimi Varşava Cənub Qaz Dəhlizini təklif edir, ancaq bu çox zəif arqumentdir”-rusiyalı ekspert bildirib.

Polşa nazirinin Bakı bəyanatına Rusiyadan tələsik şərh: “Azərbaycanın qazı heç özünə çatmayacaq...”


İqor Uşakov qeyd edib ki, Rusiyanın “Şimal axını” kəməri Avropaya ildə 55 milyard kubmetr qaz ötürürür. “Şimal axını-2” kəməri isə bu həcmi ikiqat artıracaq. “Aydındır ki, Azərbaycan “borusu” nə ciddi alternativ, nə də rəqib ola bilməz”-o əlavə edib.

Rusiyalı ekspertə görə Avropa İttifaqının Üçüncü Energetik Paktına əsasən “Qazprom”un icazəsi var ki, Cənub Qaz Dəhlizi ilə nəql olunacaq qazın yarısını götürsün. “Digər tərəfdən hazırda bu qaz kəməri üçün resursların məhdudluğu barədə mübahisələr gedir. Azərbaycanda köhnə qaz yataqlarında hasilat sürətlə azalır, yeni layihələr isə ümidləri doğrultmur. Böyük ehtimalla Azərbaycan özü yaxın gələcəkdə daxili tələbat üçün qaz çatışmamazlığı ilə üzləşəcək. Ona görə də ixrac həcmini çox güman ki, Rusiyadan qaz almaqla təmin etməyə çalışacaq”-ekspert deyib.

Polşa nazirinin Bakı bəyanatına Rusiyadan tələsik şərh: “Azərbaycanın qazı heç özünə çatmayacaq...”


Uşakov iddia edir ki, Azərbaycan Cənub Qaz Dəhlizini doldura bilməyəcək və ona görə də layihədə indidən başqa təchizatçıların iştirakına ümid edirlər. Burada İran və ya “Kürdüstan” qazının adı çəkilir, lakin bunlar reallıqdan uzaq variantlardır.

“Polşa prinsipcə coğrafi baxımdan Cənub Qaz Dəhlizindən qaz ala bilməz, ona görə də bu ölkənin həmin qaz kəmərini dəstəkləməsi ancaq antirusiya mövqeyindən irəli gəlir”-rusiyalı ekspert bildirib.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *