Norveç ağac kəsilməsindən dövlət səviyyəsində imtina etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

Norveç ağac kəsilməsindən dövlət səviyyəsində imtina etdi

Norveç ağac kəsilməsindən dövlət səviyyəsində imtina etdi

Norveçdə rəsmən “bir ağac belə kəsilməsin” siyasəti həyata keçirilir.

“National Geographic” xəbər verir ki, Norveçdə ağacları qoruyub saxlamaq üçün palma yağından və meşələrin qırılması ilə nəticələnən digər məhsulların istehsalından imtina edilib. Bu ölkə uzun illərdir ki, meşələrin qorunması üzrə davamlı siyasət yürüdür. Norveç hökuməti 2015-ci ildə Amazon meşələrinin olduğu Braziliyaya 1 milyard dollar yönəldib. Bu sərmayə 85 min kvadratkilometr tropik meşələrin qorunmasına kömək edib. Ümumiyyətlə, son on ildə Norveçin və digər dövlətlərin dəstəyi sayəsində Braziliyanın Amazon meşələrində ağacların qırılması təxminən 75 faiz azalıb. 2011-ci ildən 2015-ci ilədək Norveç Cənubi Amerikanın digər ölkəsi Qayanaya 250 milyon dollar ayırıb.

Üç il əvvəl Norveç Böyük Britaniya və Almaniya ilə dünyada meşələrin qırılmasının azaldılması istiqamətində səyləri birləşdirmək barədə razılığa gəlib. Hazırda ölkədə “meşə mənşəli” bir məhsul belə alınmır. Ekoloqların izah etdiyi kimi, kağızı tullantıların emalı nəticəsində əldə etmək mümkündür, yanacaq və tikinti materialları üçün digər mənbələr mövcuddur, palma yağının zəruriliyi isə tamamilə şübhə altındadır. Bundan başqa, dövlət pensiya fondu öz aksiya portfelindən meşə massivlərinə zərər vuran sellüloz-kağız, kömür və digər şirkətləri çıxarıb.

Dünya Vəhşi Təbiət Fondunun məlumatına görə, planetimiz ildə 120-150 min kvadratkilometrədək meşə ərazisindən məhrum olur. Bu, hər dəqiqədə 48 futbol meydanının yoxa çıxması deməkdir. Meşələrin qırılması, həmçinin torpağın eroziyaya uğramasını çoxaldır, suyun dövriyyəsini pozur və milyonlarla insanın həyat fəaliyyətinə təsir göstərir.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *