ABŞ Helsinki Komissiyasında Qarabağ dinləmələri: Smitdən ancaq pislik gözləmək olar... » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

ABŞ Helsinki Komissiyasında Qarabağ dinləmələri: Smitdən ancaq pislik gözləmək olar...

ABŞ Helsinki Komissiyasında Qarabağ dinləmələri: Smitdən ancaq pislik gözləmək olar...

Xəbər verildiyi kimi ABŞ Helsinki Komissiyası oktyabrın 18-də Dağlıq Qarabağ münaqişəsinə dair dinləmələr keçirəcək. Komissiyanın saytında yer alan məlumata görə dinləmələrdə münaqişənin yenidən alovlanmasının mümkünlüyü, bu məsələdə ABŞ və ATƏT-in rolu müzakirə olunacaq. Dinləmələrdə Minsk Qrupunun amerikalı keçmiş həmsədrləri Keri Kavano (1999-2001-ci illər), Ceyms Uorlik (2013-2016-cı illər), Beynəlxalq Böhran Qrupunun proqram direktoru Maqdalena Qrono çıxış edəcəklər.

Komissiyanın dinləmələrlə bağlı qısa xülasəsində 2016-cı ildə münaqişə zonasında baş vermiş hərbi əməliyyatlar zamanı itkilərin statistikası verilir və iddia edilir ki, əgər münaqişə yenidən alovlansa Rusiya, Türkiyə və İran da bura cəlb edilə bilər.

Helsinki Komissiyası vaxtaşırı olaraq Qafqazın problemləri mövzusunda dinləmələr təşkil edir. Xatırladaq ki, bu komissiyanın yaradılmasının məqsədi ATƏT ölkələrində Helsinki Yekun Aktına və insan haqlarına dair digər öhdəliklərə əməl olunmasının monitorinqi və təbliğidir.

Bəs Helsinki Komissiyasının Qarabağa dair növbəti dinləmələr təşkil etməsindən nə gözləmək olar? Bu cür müzakirələrin münaqişə ətrafındakı situasiyaya hansısa müsbət təsirləri olurmu?

ABŞ Helsinki Komissiyasında Qarabağ dinləmələri: Smitdən ancaq pislik gözləmək olar...


Bu suallara cavab verə bilmək üçün Helsinki Komissiyasının missiyasına daxil olan birbaşa vəzifəyə-1975-ci il avqustun 1-də Helsinkidə Ümumavropa müşavirəsinin iştirakçıları tərəfindən imzalanmış yekun aktının prinsiplərinin müdafiə olunmasına öz fəaliyyətində nə dərəcədə əməl etdiyinə, habelə komissiyaya kimin başçılıq etdiyinə nəzər salmaq gərəkdir.

Həmin Helsinki Yekun Aktının 10 əsas prinsipinin 8-i ( suveren bərabərlik ,zor işlətməmək; sərhədlərin toxunulmazlığı; dövlətlərin ərazi bütövlüyü; mübahisənin dinc yolla həll olunması; bir-birinin daxili işlərinə qarışmamaq; insan hüquqlarına və əsas azadlıqlara hörmət; dövlətlər arasında əməkdaşlıq; beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi) Ermənistan tərəfindən kobud şəkildə pozulsa da, Komissiya bir dəfə də olsun işğalçı ölkəni qınayan bəyanat qəbul etməyib. Əvəzində Helsinki Komissiyası Qarabağa dair dinləmələrdə guya balanslı yanaşma ortaya qoymağa çalışıb və münaqişənin səbəbləri, Azərbaycan ərazilərinin işğal altında saxlanılması barədə heç vaxt konkret mövqe nümayiş etdirməyib.

Əslində Helsinki Komissiyasından heç bu ədalətli yanaşmanı gözləmək də düzgün deyil. Ən azından ona görə ki, komissiyaya uzun illərdir sədrlik edən konqresmen Kristofer Smit bizə yaxşı tanışdır. Vaxilə Demokratlar partiyasının, hazırda isə Respublikaçıların üzvü olan həmin Smit 1992-ci ildə-Ermənistanın Azərbaycan rayonlarını, kəndlərini bir-birinin ardınca işğal edib kütləvi qətliamlar törətdiyi bir vaxtda ABŞ-ın Azadlığa Dəstək Aktına bədnam 907-ci düzəlişi təklif edənlərdən biridir.

ABŞ Helsinki Komissiyasında Qarabağ dinləmələri: Smitdən ancaq pislik gözləmək olar...


Həmin düzəliş ermənilərin işğalçılıq fəaliyyətinə haqq qazandırıb Azərbaycanı qınamağa yönəlmişdi və Bakıya ABŞ-ın iqtisadi yardımlar göstərməsini qadağan edirdi. ABŞ-dakı erməni lobbisinin ən fəal üzvlərindən olan Smitin də müəllifi olduğu həmin düzəliş Azərbaycana o dövrlər ciddi zərbə vurdu.

Belə ki, müstəqilliyini yenicə əldə etmiş, hərbi təcavüzə, dağıntılara məruz qalmış, bir milyona yaxın qaçqın axını ilə üzləşmiş ölkə ABŞ-ın iqtisadi yardımlarından məhrum oldu. Ermənistana isə ABŞ büdcəsindən hər il səxavətlə yardımlar ayrılırdı. Habelə Kristofer Smit 907-ci düzəlişlə kifayətlənməyib öz fəaliyyəti boyu həmişə Konqresdə Ermənistanın və qondarma “dqr”in xeyrinə lobbiçilik edib, “dqr”in tanınması üçün təbliğat aparıb. O cümlədən K.Smit ABŞ-ın “erməni soyqırımı”nı tanımasının ən aktiv tərəfdarlarındadır.

Kristofer Smit Amerikadakı erməni diaspor təşkilatının liderləri ilə vaxtaşırı təmaslarda olur, “erməni məsələsi” ilə bağlı onlardan aldığı sifarişləri yerinə yetirir. Məsələn, Qarabağda qoşunların təmas xəttində müşahidə-monitorinq sistemlərinin yerləşdirilməsi barədə ancaq ermənilərin xeyrinə olan status-kvonu saxlamağa yönəlmiş ideyanı da bir neçə il əvvəl ABŞ-dakı erməni təşkilatları gündəmə gətirdi. Sonra bu ideya Kristofer Smit və digər ermənipərəst konqresmenlər tərəfindən Konqresdə səsləndirildi, nəhayət Dövlət Departamentinə sırındı. Con Kerrinin dönəmində Dövlət Depatamenti həmin ideyanı Minsk Qrupu çərçivəsində aparılan müzakirələrdə Azərbaycan tərəfinə qəbul etdirmək üçün təzyiqlər göstərirdi.

ABŞ Helsinki Komissiyasında Qarabağ dinləmələri: Smitdən ancaq pislik gözləmək olar...


Yaxud ABŞ erməni milli komitəsinin (ANKA) radikal rəhbərlərindən biri olan Aram Hamparyan özünün "Twitter" səhifəsində konqresmen K. Smitlə görüşünə dair foto yerləşdirib. Fotonun alt yazısında A. Hamparyan qeyd edirdi ki, “erməni işi”ni dəstəkləmək üçün Smit ilə vaxtaşırı görüşür.

O cümlədən K. Smit 2015-ci ildə Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı “Azərbaycan Demokratiya aktı” adlı layihənikonqresə təqdim edərək qəbul olunmasına çalışmışdı. Konqresdəki fəaliyyətini ancaq “erməni məsələsi” üzərində quran Smitin həmin təşəbbüsü əlbətdə ki, onun demokratiya prinsiplərinə sadiqliyindən irəli gəlmirdi. Bu təşəbbüs “erməni məsələsi”ni dəstəkləmək maraqlarına əsaslanırdı. Çünki ABŞ-dakı erməni lobbisinin Azərbaycana qarşı fəaliyyəti əsasən bu tezis üzərində qurulub ki, Bakı demokratiya və insan haqları normalarına əməl etmir, nəticədə Dağlıq Qarabağ belə ölkənin tərkibində qala bilməz.

Kristofer Smitin və onun həmsədrlik etdiyi Komissiyanın fəaliyyət təcrübəsini nəzərə alanda Azərbaycanda haqlı olaraq belə sual yarana bilər: görəsən Smitin Qarabağa dair bu dinləmələri təşkil etməkdə məqsədi nədir? O, erməni diaspor liderlərindən daha hansı sifarişi alıb? Çünki Azərbaycanda Smitdən və komissiyasından çoxdandır yaxşı heç nə gözləmirlər.

Mümkündür ki, indiki dinləmələrin əsl məqsədi Azərbaycanı münaqişəni hərbi yolla həl etməyə can atan, Ermənistanı isə “müdafiəyə ehtiyacı olan tərəf” kimi tanıtmaq, nəticədə ABŞ qanunvericilərini işğalçı rejimə maliyyə və hərbi xarakterli yadımları artırmağa çağırmaqdır. İzləyək...

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *