Bağla

AzNews.info



Azərbaycanda illik inflyasiya 13,9%-ə düşüb

Azərbaycanda illik inflyasiya 13,9%-ə düşüb

Azərbaycanda 2017-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsulları və xidmətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,9% bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

O cümlədən, ərzaq məhsullarının qiymətləri 17,9%, qeyri-ərzaq mallarının qiymətləri 12,5%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6% artıb. Cari ildə ilk dəfə olaraq istehlak qiymətləri indeksi 0,1 faiz bəndi aşağı düşüb.

Bununla yanaşı, cari ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,4%, qeyri-ərzaq mallarının qiymətləri 0,4%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz artıb.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14,0%, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2%, qeyri-ərzaq mallarının qiymətləri 12,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6% yüksəlib.

Cari ilin avqust ayında iyula nisbətən istehlak məhsulları və xidmətləri 0,2%, o cümlədən ərzaq məhsulları 0,3%, qeyri-ərzaq malları 0,1%, əhaliyə göstərilən ödənişli xidmətləri 0,2% bahalaşıb.

Mənbə: virtualaz.org

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *