Bağla

AzNews.info



Bölmə: Manşet, Siyasət

Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini geri götürdü

Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini geri götürdü

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini geri götürüb.

Virtualaz.org bildirir ki, P.Bülbüloğlu bu addımı oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra atıb: "Mən fəxr edirəm ki, ölkəm tərəfindən YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyim irəli sürülüb. Azərbaycan hökumətinə, şəxsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mənə göstərdiyi etibara və dəstəyinə görə təşəkkürümü bildirirəm.

Seçkilərə az müddət qalmış biz intensiv seçki kampaniyası keçirtdik. Bu çətin işdə mənə yardım göstərənlərə təşəkkürümü bildirirəm.

YUNESKO-nun İcraiyyə Komitəsinin üzv ölkələrinə çoxsaylı səfərlər gerçəkləşdirilib. Onlarla görüşlər, çıxışlar və təqdimatlar keçirilib. Beynəlxalq nəşrlərdə məqalələr çap olunub. Həmin məqalələrdə Azərbaycanın namizədinin YUNESKO-nun gündəmi, təşkilatın gələcək fəaliyyəti ilə bağlı mövqeyi işıqlandırılıb. Bunlar böyük diqqət və dəstəklə qarşılanıb.

Məhz YUNESKO-nun İcraiyyə Komitəsinin üzv ölkələrinin seçki kampaniyası çərçivəsində göstərdiyi dəstək bizə uğura ümid etməyə əsas verib.

Lakin qələbə üçün lazım olan 30 səs uğrunda Azərbaycanla yanaşı Çin, Fransa, Misir kimi iri, ümumilikdə isə 8 dövlətin iştirakı ilə aparılan yüksək rəqabətli mübarizə zamanı biz seçkiqabağı kampaniyadakı uğuru davam etdirə bilmədik və lazımi sayda səs toplaya bilmədik.

Bu səbəbdən mən təəssüflə seçki mübarizəsini dayandırmağı qərara aldım. Lakin mən hesab edirəm ki, borcumu yerinə yetirmişəm, çünki məndən asılı və lazım olan hər şeyi etmişəm.

Bu cür mötəbər beynəlxalq təşkilatın rəhbəri vəzifəsinə namizədliyinin irəli sürülməsi faktı hər bir insanın həyatında böyük bir nailiyyətdir”.

Səfir seçki prosesində ona dəstək göstərən hər bir kəsə dərin minnətdarlığını bildirib.

Xatırladaq ki, YUNESKO-nun İcraiyyə Şurası oktyabrın 9-da keçirilən səsvermənin birinci turunda təşkilatın yeni baş direktorunu seçə bilməyib. Bu gün YUNESKO-nun baş direktoru vəzifəsinə keçirilən səsvermənin ikinci turu da nəticəsiz başa çatıb və heç bir namizəd yenə də səs çoxluğuna nail ola bilməyib.

Onu da qeyd edək ki, YUNESKO-nun baş direktoru vəzifəsinə 5 ölkənin nümayəndəsi israrlıdır. İlk üçlüyə Qətər, Fransa və Misirin namizədi düşüb. Səsvermənin növbəti turu oktyabrın 11-də keçiriləcək. Yeni baş direktorun adının oktyabrın 13-də məlum olacağı ehtimal edilir.

Mənbə: virtualaz.org

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Estilo de moda de invierno, clásico y tendencia de convivencia de su elección
ugg imitacion china baratas
ugg clasico corto baratas

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *