Jirinovskidən Bakıya məsləhət: "Yaqlanda fikir verməyin, ona belə cavab verin ki..." » AzNews.info -Xəbər portalı

Jirinovskidən Bakıya məsləhət: "Yaqlanda fikir verməyin, ona belə cavab verin ki..."

Jirinovskidən Bakıya məsləhət: "Yaqlanda fikir verməyin, ona belə cavab verin ki..."

Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski “Moskva-Bakı” nəşri üçün Sıudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl-Səudun Rusiyaya tarixi səfərini, həmçinin Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın Azərbaycana hücumlarını şərh edib.

Virtualaz.org mənbəyə istinadən xəbər verir ki, Jirinovskinin fikrincə, Səudiyyə Ərəbistanı kralının səfəri onu göstərir ki, Yaxın Şərq Rusiyaya döğru meyllənir.

“Partiyamız bunu 25 ildir ki deyir. Bu konsepsiya “Cənuba son hücum” kitabında əksini tapıb. Deyirik ki, Cənubla əməkdaşlıq etmək lazımdır. Qərbdə tüpürürlər? Qoy boşluğa tüpürsünlər. Cənubda isə hərəkətlərinə yenidən nizam verirlər, bizə tərəf gəlirlər. Səudiyyə Ərəbistanı, İraq, Türkiyə, Liviya, Suriya, kürdlər, İsrail qapımızı döyürlər. Biz Cənuba doğru hərəkət edirik, Cənub isə bizə doğru”, - siyasətçi bildirib.

O ki qaldı Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın bəyanatlarına, Jirinovski hesab edir ki, Azərbaycanın onun sözlərinə fikir verməsinin mənası yoxdur.

“Diqqət yetirməyin və belə cavab verin: “Sizin özünüzdə çoxdan bəri insan hüquqlarına ən vəhşi şəkildə riayət olunmur”.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *