Əli Kərimlidən DTX-nin yaxaladığı İŞİD-çi “Əbu Cihada” azadlıq tələbi: mitinqdə çağırış edəcək » AzNews.info -Xəbər portalı

Əli Kərimlidən DTX-nin yaxaladığı İŞİD-çi “Əbu Cihada” azadlıq tələbi: mitinqdə çağırış edəcək

Əli Kərimlidən DTX-nin yaxaladığı İŞİD-çi “Əbu Cihada” azadlıq tələbi: mitinqdə çağırış edəcək

Özünü “Demokratik Qüvvələrin Milli Şurası” adlandıran müxalif qruplaşma sabah oktyabrın 7-də Bakıda “Məhsul” stadionunda yenə mitinq keçirəcək. Mitinqin tələblərindən biri də ənənəvi olaraq “siyasi məhbuslara azadlıq” olacaq. AXCP-nin facebook səhifəsindən yayılan mitinq çağırışına əsasən azadlıq tələb ediləcək “siyasi məhbuslar” arasında Dövlət Təhlükəsizlik Xidmətinin bu günlərdə yaxaladığı təhlükəli İŞİD terrorçusunun-Eldəniz Məmmədovun da adı var.

“7 oktyabr mitinqində Hacı Abgül, Tale Bağırzadə, Elçin Qasımov, Hacı Zülfüqar, Abbas Hüseyn, Mövsüm Səmədov, Ruhulla Axundzadə, Eldəniz Məmmədov, Hacı Sərdar Hacıhəsənli, Səid Dadaşbəyli və digər çoxsaylı dindar məhbuslara, o cümlədən siyasi məhbuslara azadlıq tələb edəcəyik. 7 oktyabr mitinqinə gəlin!” –Əli Kərimlinin portreti ilə bəzədilmiş təbliğat plakatında bildirilir.

Əli Kərimlidən DTX-nin yaxaladığı İŞİD-çi “Əbu Cihada” azadlıq tələbi: mitinqdə çağırış edəcək


Əli Kərimlinin “dindar məhbuslar” siyahısında yer alanların çoxu Nardaran hadisələrinə görə tutulanlardır, amma siyahıdakı Eldəniz Məmmədov İŞİD-çidir. Bu günlərdə virtualaz.org həmin şəxsin terrorçu qruplaşmalara bağlı saytlardan birindən götürülmüş görüntüsünü yaymışdı. Kadrlarda azərbaycanlı İŞİD-çinin qolunda tutduğu şahin quşu sanki onun əlindən tapançanı almaq istəyirdi.

Daha sonra məlum oldu ki, qeyd olunan şəxs İŞİD terror təşkilatının sıralarında uzun müddət döyüşmüş, “Abu Cihad” ləqəbli, 22.02.1979-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Məmmədov Eldəniz Lazım oğludur. O, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən tutularaq cinayət məsuliyyətinə cəlb edilib. Həmçinin məlum olub ki, Eldəniz Məmmədov sosial şəbəkələrdə İŞİD-çilər arasında populyar olan İnstagram səhifəsinin sahibidir.

“Əbu Cihad”ın İnstagram səhifəsindəki fotolar da onun İŞİD sıralarında döyüşdüyünü əks etdirir. Hansı ki, Əli Kərimli sabahkı mitinqdə onun azadlığa buraxılmasını tələb edəcək. AXCP sədrinin radikal şiə islamçılardan elektoral dəstək almaq səyləri çoxdan məlumdur. İndi isə o, İŞİD tərəfdarlarına çağırış edir, hansı ki, bu çağırış konkret cinayət məsuliyyəti yaradır.
Əli Kərimlidən DTX-nin yaxaladığı İŞİD-çi “Əbu Cihada” azadlıq tələbi: mitinqdə çağırış edəcək
Əli Kərimlidən DTX-nin yaxaladığı İŞİD-çi “Əbu Cihada” azadlıq tələbi: mitinqdə çağırış edəcək
Əli Kərimlidən DTX-nin yaxaladığı İŞİD-çi “Əbu Cihada” azadlıq tələbi: mitinqdə çağırış edəcək

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *