Las-Veqasda atışma: Ölənlərin sayı 50 nəfəri keçdi » AzNews.info -Xəbər portalı

Las-Veqasda atışma: Ölənlərin sayı 50 nəfəri keçdi – VİDEO+FOTO (YENİLƏNİB)

Las-Veqasda atışma: Ölənlərin sayı 50 nəfəri keçdi


ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalının iştirakçılarının atəşə tutulması nəticəsində ölənlərin sayı 50-ni keçib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, 200 nəfərdən çox insan yaralanıb.



***

14.42

ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalına toplaşanlara atəş açanın şəxsiyyəti məlum olub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “NBC News” məlumat verir.

Məlumata əsasən, 64 yaşlı Las-Veqas sakini Stefen Paddok hotelin 32-ci mərtəbəsindən insanlara atəş açıb.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən daha bir şəxsin - Marilou Danley adlı qadının axtarışları davam etdirilir.

***

13:01

Las-Veqasda festivala toplaşanların atəşə tutulması nəticəsində ölənlərin sayı 20-yə çatıb, 100-dən çox insan yaralanıb.

Oxu.Az xəbər verir ki, bu barədə şəhərin şerifi Cozef Lombarqo mətbuat konfransında məlumat verib.

14 nəfərin vəziyyəti ağırdır. Ölənlər arasında polis məmurları da var.

Şerifin sözlərinə görə, vəziyyət nəzarət altındadır, atəş açan şəxs zərərsizləşdirilib, hadisənin motivləri hələlik məlum deyil.

***

11.18

Las-Veqasda musiqi festivalı iştirakçılarına atəş açmaqda şübhəli bilinən şəxs zərərsizləşdirilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Las-Veqas polis departamentinin “Twitter” səhifəsində bildirilib.

***

11:02

Las-Veqasda baş verən atışma zamanı 2 nəfər ölüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Reuters” yerli xəstəxanaya istinadən məlumat verib.

Məlumata görə, hadisə nəticəsində 24 nəfər yaralanıb.

***

10:50

"Mandalay Bay Casino"nun konsert salonunda baş verən insident nəticəsində xeyli insanın öldüyü bildirilir.

Oxu.Az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, indiyədək 20-dən artıq şəxs xəstəxanaya çatdırılıb.

İlkin məlumata əsasən, naməlum şəxs kazinoda konsertə gələn şəxslərə atəş açıb. Polisin yaydığı xəbərdarlıqda insanların həmin ərazidən uzaqlaşması xahiş olunub.

Kazinoya yaxın yollarda hərəkət məhdudlaşdırılıb.

Las-Veqasda atışma: Ölənlərin sayı 50 nəfəri keçdi
Las-Veqasda atışma: Ölənlərin sayı 50 nəfəri keçdi
Las-Veqasda atışma: Ölənlərin sayı 50 nəfəri keçdi

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *