Bakıda Milli Şuranın mitinqi keçirilib » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Foto

Bakıda Milli Şuranın mitinqi keçirilib – FOTO (YENİLƏNİB)

Bakıda Milli Şuranın mitinqi keçirilib



Bu gün Milli Şura Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) mitinq keçirib.

AzNews.info Report-a istinadən xəbər verir ki, aksiyaya Milli Şura üzvləri, müxalifyönlü təşkilatların tərəfdarları və vətəndaş cəmiyyətinin nümayəndələri qatılıblar.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmış mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli, AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli, Milli Şuranın sədri Cəmil Həsənli, Şuranın üzvləri Rövşən Əhmədli və İbrahim İbrahimli çıxış ediblər.

Bildirilib ki, növbəti mitinq oktyabrın 7-də keçiriləcək.

15:49

Bakıda Milli Şuranın şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi başlayıb.

AzNews.info APA-ya istinadən xəbər verir ki, aksiyanın təhlükəsizliyi Bakı polisi tərəfindən təmin olunur.

Hazırda mitinq davam edir.

Qeyd edək ki, mitinqdə AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli və başqaları çıxış edəcək.

Aksiyada təşkilatçıların əvvəlcədən proqnoz verdiyindən çox az adam iştirak edir.

Bakıda Milli Şuranın mitinqi keçirilib
Bakıda Milli Şuranın mitinqi keçirilib
Bakıda Milli Şuranın mitinqi keçirilib
Bakıda Milli Şuranın mitinqi keçirilib

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *