Bərzani: Sonunda ölüm də olsa, buna hazırıq » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Dünya

Bərzani: Sonunda ölüm də olsa, buna hazırıq

Bərzani: Sonunda ölüm də olsa, buna hazırıq


Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani sentyabrın 25-nə təyin olunan referendumun təxirə salınması barədə beynəlxalq ictimaiyyətin tələblərinə münasibət bildirib.

AzNews.info APA-ya istinadən xəbər verir ki, M. Bərzani “Amerikanın səsi”nə müsahibəsində geri addım atmayacaqlarını deyib: “Müstəqillik istəməklə hansı günaha yol veririk? ABŞ-ın mövqeyini dəyişdirmək üçün çox cəhd göstərdik. Onlara “gəlin, bu məqsədə necə çata biləcəyimizi müzakirə edək”, - dedik. Ancaq onlar “referendumu təxirə salın, sonra danışaq”, - deyirlər. Nəyi danışacağıq? Bizə hər hansı təminat verilmir. Bunu etmə, təxirə sal deyirlər. ABŞ 14 ildir eyni şeyi deyir. 1960-70-ci illərdə deyilik. Artıq öz müqəddəratımızı təyin etməyin vaxtı gəldi. Heç kimin bizə yol göstərməsini istəmirik. Sonunda ölüm də olsa, buna hazırıq”.

M. Bərzani Türkiyə başda olmaqla, qonşu dövlətlərlə yaxşı əlaqələrə malik olmaq istədiklərini söyləyib: “Ümid edirəm ki, referendum Türkiyə ilə olan münasibətlərimizə təsir etməz. Ancaq heç kimin təhdidini də qəbul etmirik”.

M. Bərzani rəsmi Bağdadla beynəlxalq qarantiya altında anlaşmaq istədiklərini vurğulayıb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


pandora charms can be combined with beautiful necklaces Pandora Jewelry Deals to create a unique look for; Cheap Pandora Jewelry Online shopping from a great selection at Jewellery Store. pandora bracelets Pandora Bracelet Sale ,Shop our selection of engagement rings, wedding rings,diamonds, gemstones,metals and more.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *