“Bu, Türkiyənin milli təhlükəsizlik məsələsidir” - Hərbi müdaxilə olacaqmı? » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

“Bu, Türkiyənin milli təhlükəsizlik məsələsidir” - Hərbi müdaxilə olacaqmı?

“Bu, Türkiyənin milli təhlükəsizlik məsələsidir” - Hərbi müdaxilə olacaqmı?


Türkiyədə bu gün Şimali İraqdakı müstəqillik referendumu ilə bağlı tədbirlər planı Milli Təhlükəsizlik Şurası və Nazirlər Kabinetinin iclasında müzakirə ediləcək.

Metbuat.az-ın məlumatına görə, tədbirlər planında bir çox məsələlər yer alır. Onlardan bəziləri aşağıdakılardır:

* Türkiyə referenduma etiraz olaraq Ərbildə yerləşən Baş Konsulluğunu bağlaya bilər;

* Türkiyə Şimali İraqla sərhəddə olan Habur sərhəd keçid məntəqəsini bağlaya bilər;

* Türkiyə referendumdan sonra Şimali İraqdan Ceyhan limanı vasitəsi ilə Avropaya neft ixracını təmin edən boru kəmərinin işini məhdudlaşdıra bilər. Ərbildən Şırnaka çəkilməsi nəzərdə tutulan təbii qaz boru kəməri layihəsini təxirə sala bilər.

* Türkiyə İŞİD-lə mübarizədə peşmərgələrə təlim keçərək dəstək vermişdi. Bu dəstəyin tamamilə dayandırılması nəzərdə tutulur.

* Türkiyə bölgəyə ən çox sərmayə qoyan 5 ölkədən biridir. Şimali İraqda satılan malların təxminən 50 faizi Türkiyə istehsalıdır. Türkiyə bu əraziyə tətbiq etdiyi güzəştləri yenidən nəzərdən keçirə bilər.

* Türkiyə bu ərazidə yaşayan türkmanlarla hər hansı bir hücum zamanı hərbi müdaxilə variantına müraciət edə bilər.

Tədbirlər planında ən çox diqqəti çəkən hərbi müdaxilə variantıdır. Hər kəsin diqqətini cəlb edən də bu məsələdir. Şimali İraq müstəqilliyini elan edəcəyi təqdirdə Türkiyə hərbi müdaxilə edə bilərmi? Və Türkiyə ordusu hərbi müdaxiləyə hazırdımı?

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Türkiyənin Texnologiyalar və İqtisadiyyat Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin professoru, politoloq Toğrul İsmayılın sözlərinə görə, Şimali İraqda keçiriləcək referendum əslində Türkiyənin milli təhlükəsizlik məsələsidir:

“Türkiyə bu məsələdə Məsud Bərzanini xəbərdar edib, onu referendum qərarından döndərmək istəyir. Bu sadəcə Türkiyənin deyil, eyni zamanda İranın, İraqın və digər ölkələrin də məsələsidir. Hətta bildiyim qədərilə, ABŞ və bir çox Avropa ölkələri də referendum qərarının təxirə salınmasını istəyir. Çünki indi referendum zamanı deyil. Şimali İraq müstəqilliyini elan edərsə, bu İraq Konstitusiyasına zidd olan məsələdir. Digər tərəfdən, Türkiyənin beynəlxalq razılaşmalara görə, İraqın ərazi bütövlüyününün parçalanacağı təqdirdə üzərinə düşən öhdəlikləri var. Türkiyə bu cəhətdən hər hansı addım ata bilər, yoxsa başqa bir ölkənin ərazisinə hərbi müdaxilə Türkiyə kimi demokratik ölkə üçün uyğun gəlmir. Bu cür hərbi müdaxilə əsas etibarı ilə ya İraq mərkəzi hökumətinin daxilində, ya beynəlxalq təşkilatların tələb və istəyi ilə ola bilər. Türkiyənin əlində Şimala İraqa, xüsusilə Məsud Bərzaninin həm özünə, həm siyasi karyerasına, həm iqtisadiyyatına təsir edəcək çoxlu sayda vasitələr mövcuddur. Bərzaninin bu gün lider olmasının əsas səbəblərindən biri Türkiyənin onun arxasında durmasıdır. Referendum addımı ilk növbədə həm Bərzani üçün, həm də siyasi karyerası üçün ciddi problem olacaq. Biz artıq yavaş-yavaş Bərzani və tərəfdarları arasında fikir ayrılığının yarandığını görürük. Bu səbəbdən də çox riskli məsələdir. Amma dediyim kimi, hərbi əməliyyat aparılacağını düşünmürəm”.

Hərbi güc məsələsinə gəldikdə isə, politoloq bildirir ki, Türkiyənin güclü ordusu var, hərbi gücü kifayət qədərdir: “Türkiyə ordusunun xüsusilə antiterror əməliyyatlarında gücünü nəzərə alsaq, qısa zaman ərzində böyük əraziyə əsgər yerləşdirə və göndərə bilir. Bu cəhətdən, Türkiyə ordusunun gücünə və birliyinə qarşı Şimali İraqda hər hansı gücün olacağına inanmıram. Amma dediyim kimi, Türkiyə hüquq dövlətidir, demokratik ölkədir və başqa ölkələrin ərazi bütövlüyünü, beynəlxalq hüququ ciddiyə alan ölkədir. Ona görə, atacağı addımlar beynəlxalq hüquq çərçivəsində olacaq”.

Mənbə: Metbuat.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *