Bağla

AzNews.info



Ermənistan Baş Qərargahı XİN-ə qarşı: “Torpağın bir qarışını da Azərbaycana vermərik”

Ermənistan Baş Qərargahı XİN-ə qarşı: “Torpağın bir qarışını da Azərbaycana vermərik”

Tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın bir məntəqəsi də Azərbaycana verilə bilməz, təhlükəsizliyin təminatı üçün istisnasız olaraq bütün rayonlar vacibdir. Virtualaz.org “Rusarminfo.ru”ya istinadən xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi, general-leytenant Movses Akopyan deyib.

“DQR”in bir məntəqəsi də Azərbaycana verilə bilməz, təhlükəsizliyin təminatı üçün istisnasız olaraq bütün rayonlar vacibdir”, - Akopyan deyib.

O əlavə edib ki, müdafiənin gücləndirilməsi üçün tanınmamış respublikaya əlavə torpaqlar lazımdır.

Xatırladaq ki, sentyabrın 19-da çıxışı zamanı Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Yerevanın Azərbaycanla “DQR”in ərazilərinin bir hissəsinin qaytarılması məsələsini müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, söhbət “Qarabağın təhlükəsizliyinə xələl gətirməyən ərazilər”dən gedir.

Mənbə: Virtualaz.org

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *