Nazirlik: Güclü külək Qəbələdəki alovu geniş ərazilərə yayır » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Hadisə

Nazirlik: Güclü külək Qəbələdəki alovu geniş ərazilərə yayır

Nazirlik: Güclü külək Qəbələdəki alovu geniş ərazilərə yayır


Qəbələ Meşə Mühafizəsi və Bərpası müəssisəsinin Abrıx kəndi ətrafındakı Bum meşəbəyliyinin yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində davam edən yanğının söndürülməsi küləyin yenidən güclənməsi səbəbindən bir qədər də çətinləşib.

AzNews.info-nun APA-ya istinadən məlumatına görə, hadisə yerinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 200-dən artıq əməkdaşı, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə qüvvələri və xüsusi texnikası cəlb olunub.

"Qeyd edək ki, yanğının söndürülməsi üçün ETSN və FHN-nin əməkdaşları fədakarlıq göstərərək, bütün mümkün olan vasitələrdən istifadə edirlər. Çəkilmiş mineral şum zolaqlarının mövcudluğuna baxmayaraq, güclü külək alovu zolağın üstündən ataraq yanğını daha geniş ərazilərə yayır", - deyə qurumun məlumatında vurğulanıb.

Nazirlikdən o da bildirilib ki, Oğuz rayonunun Xaçmaz meşəbəyliyində, Qəbələ rayonu ilə həmsərhəd istiqamətdə baş vermiş yanğını isə lokallaşdırmaq mümkün olub, ilkin müşahidələrə görə, yanğın zamanı təxminən 50 hektar ərazidə kol-kos və bir qisim ağac yanıb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *