Bağla

AzNews.info



Nailin maşın kolleksiyasının qiyməti hesablandı – FOTO

Nailin maşın kolleksiyasının qiyməti hesablandı


"Bu kolleksiyasını yaratmaq üçün hazırkı orta aylıq əmək haqqı ilə ən azı 326 il, ən çoxu isə 464 il işləmək lazımdır"

Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin mediaya bəlli olan maşın kolleksiyasının təsminən 3 milyon qiyməti var. Avtosfer.az xəbər verir ki, hesablamalar nəticəsində bu qənaətə iqtisadçı Qubad İbadoğlu gəlib. İqtisadçı bildirir ki, bu kolleksiyasını yaratmaq üçün hazırkı orta aylıq əmək haqqı ilə ən azı 326 il, ən çoxu isə 464 il işləmək lazımdır. Bu məbləğ hesabına ən azı 56 min 582, ən çoxu isə 80 min 524 məcburi köçkünə yaşayış ehtiyaclarını və kommunal xərclərini ödəmək üçün ayrılan aylıq yardımı 2 dəfəyədək artırmaq olar.
İqtisadçı yazır:
Buyurun, baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədrinin müavininin nəvəsinin kolleksiyasına daxil olan avtomobillərin qiymətinə diqqət edin.
1. Mercedes G Wagon Brabus
Qiyməti 138.200 Avrodan (276400 manatdan) 474.810 avroyadək ( 949620 manatadək)
2. Mercedes G 65 AMG
Qiyməti 218.000 ABŞ dollarıdır. ( 370.000 manatdır)
3. Mercedes-Benz SLS AMG
Qiyməti 201.500 ABŞ dollardır (342.550 manatdır)
4. Mercedes-Benz AMG GT S
Qiyməti 110.000 ABŞ dollardan (187.000 manatdan) 130.000 ABŞ dollaradək (221.000 manatadək)
5. Aston Martin
Qiyməti 196.086 ABŞ dollarıdır (333.346 manatdır).
6. Porsche Cayenne
Qiyməti 53900 ABŞ dollarından (91.630 manatdan) -79.995 ABŞ dollarıdır (135.991 manatdır).
7. Audi Q-7
Qiyməti 57.998 ABŞ dollarıdır (98.596 Manatdır).
8. Bentley Continental GT
Qiyməti 198.500 ABŞ dollarından (337.450 manatdan ) 263.400 ABŞ dollarınadək (447.780 manatadək).
8 avtomobilə xərclənən vəsait ən azi 2 milyon 36 min 972 manatdır.
1 avtomobilin orta qiyməti 254 min 622 manatdır.

Ən çoxu 2 milyon 898 min 883 manat. 1 avtomobilin orta qiyməti 362 min 360 manat.

Nailin maşın kolleksiyasının qiyməti hesablandı
Nailin maşın kolleksiyasının qiyməti hesablandı
Nailin maşın kolleksiyasının qiyməti hesablandı
Nailin maşın kolleksiyasının qiyməti hesablandı
Nailin maşın kolleksiyasının qiyməti hesablandı
Nailin maşın kolleksiyasının qiyməti hesablandı
Nailin maşın kolleksiyasının qiyməti hesablandı

Mənbə: Avtosfer.az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Ultra-cool Nike running shoescheap nike air max 1
Have this running shoes you can go to the peak of life
Your fate is destined to need such a running shoes

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *