Bakıda dəniz limanında faciə: Ölən var » AzNews.info -Xəbər portalı

Bakıda dəniz limanında faciə: Ölən var – YENİLƏNİB

Bakıda dəniz limanında faciə: Ölən var


Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC dünən quru yük limanında baş vermiş bədbəxt hadisə ilə bağlı açıqlama verib.

AzNews.info xəbər verir ki, QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev Lent.az-a bildirib ki, faciəvi şəkildə vəfat edən 26 yaşlı Hilal Məmmədyarlının iş sığortası olub və onun ailəsi maddi yardım alacaq: “Məlum hadisənin baş verməsindən çox təssüflənirik. Dünyasını dəyişən Hilal Məmmədyarlının ailəsinə və yaxınlarına başsağlığı veririk. Hadisənin baş vermə səbəbləri araşdırılır”.

10:05

Bakı şəhərində yerləşən dəniz limanında bədbəxt hadisə baş verib.

AzNews.info Lent.az-a istinadən xəbər verir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xətai rayonu ərazisindəki Quru Yük Limanında doker-mexanizator vəzifəsində çalışan 1991-ci il təvəllüdlü Məmmədyarlı Hilal Səfiyar oğlu idarə etdiyi avtokarın altında qalıb. Belə ki, 26 yaşlı işçi 3,5 tonluq avtokarı sürərkən yük daşıyan texnikanın təkəri dəmir yolu relsinin üstünə çıxıb. Yüklə dolu avtokarın aşacağını görən gənc özünü yerə ataraq xilas olmağa çalışıb. Lakin buna baxmayaraq avtokarın altında qalıb. Ağır vəziyyətdə Respublika Nevrocərrahiyyə xəstəxanasına aparılan Hilal Məmmədyarlının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *