Bağla

AzNews.info



Bölmə: Manşet, Media

Türkiyəli jurnalist: “Cavid Qurbanov mənə dedi ki, ermənilər əngəllədilər...”

Türkiyəli jurnalist: “Cavid Qurbanov mənə dedi ki, ermənilər əngəllədilər...”

Təməli 2007-ci idə qoyulan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin nəhayət bu ilin sonunda tamamlanacağı açıqlanıb.

Virtualaz.org xəbər verir ki, bu günlərdə Türkiyənin Qars şəhərində layihənin əhatə etdiyi ölkələrin nəqliyyat və dəmir yol rəsmilərinin iştirakı ilə keçirilən toplantıda deyilib ki, Tbilisi-Qars dəmir yolunun Türkiyə tərəfində 68 kilometrlik, Gürcüstan tərəfində isə 30 kilometrlik hissəsinin tamamlanmasından sonra sentyabrda sınaq qatarlarının buraxılacağı açıqlanıb.

Türkiyəli jurnalist: “Cavid Qurbanov mənə dedi ki, ermənilər əngəllədilər...”


Həmin toplantını izləyən jurnalistlərdən biri, “Habertürk” qəzetinin yazarı Serpil Yılmaz bildirir ki, həmin 98 kilometrlik yolun tikintisi üçün düz 10 il vaxt lazım gəldiyi inandırıcı görünmür.Axı necə ola bilər ki, həmin müddətdə bir sıra meqa infrastruktur layihələri həyata keçirən Türkiyə ildə cəmi 10 kilometr rels döşəsin?

“Azərbaycan Dövlət Dəmir Yollarının rəhbəri Cavid Qurbanov toplantı zamanı söhbətimizdə “ermənilər əngəllədilər” dedi. Onun bu tezisinin layihənin ləng həyata keçirilməsində payı ola bilər. Axı Bakı-Tbilisi-Qars dəmir yolu tamamlanandan sonra Türkiyənin SSRİ dövründən qalan Ermənistan dəmir yollarına ehtiyacı qalmır”-müəllif yazır.

Türkiyəli jurnalist: “Cavid Qurbanov mənə dedi ki, ermənilər əngəllədilər...”


Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin tamamlanması illərdir ləngiyirdi. Bu, gah Türkiyə tərəfində “havaların sərt keçməsi”, gah podratçı şirkətlərin işləri yarıtmaz həyata keçirməsi, Gürcüstan tərəfdə isə yolun keçdiyi ərazilərdə relyefin sərt olması kimi müxtəlif səbəblərlə əsaslandırılırdı. Azərbaycan bu layihə üçün Gürcüstana yüz milyonlarla dollar güzəştli kredit ayırıb, strateji əhəmiyyət daşıyan nəqliyyat dəhlizinin mümkün qədər tez işə düşməsi həm siyasi, həm iqtisadi baxımdan olduqca mühümdür. Bu günlərdə Türkiyə mənbələri bildirmişdi ki, layihəni əngəlləmək istəyən “çox nüfuzlu dairələr” var. İndi Cavid Qurbanov ermənilərin əngəli barədə danışır. Burada söhbət birbaşa təsirdən əlbətdə ki, gedə bilməz. Lakin Rusiya və ABŞ-dakı erməni lobbi çevrələrinin həmin ölkələr vasitəsilə layihəyə əngəllər yaratması səyləri, bu haqda çox vaxt açıq danışılmasa da, mövcud idi.

Mənbə: Virtualaz.org

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 27 iyul 2017 12:24
  • Yazan: high quality replica
The Montblanc?Replica watches?Uk?TimeWalker Pythagore?Rolex Daytona?Concept watch appear today is all about getting ultra light, as is absolute in its name. How ablaze is it??Replica watches UK?claims it is one of the lightest?Replica handbags?in the world, at just 14.88 grams. This is accomplished through?Replica rolex’s use of abstracts as able-bodied as skeletonization, so let’s ascertain absolutely how this is done and some admirable new failing composites.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *