Erməni hərbçiləri Gürcüstandakı NATO təlimlərinə qatılacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

Erməni hərbçiləri Gürcüstandakı NATO təlimlərinə qatılacaq

Erməni hərbçiləri Gürcüstandakı NATO təlimlərinə qatılacaq

İyulun 30-da Gürcüstanda NATO hərbi təlimlərinə start veriləcək.

APA-nın verdiyi məlumata görə, “Layiqli tərəfdaş 2017” hərbi təlimləri avqustun 12-dək davam edəcək. Paytaxt Tbilisinin yaxınlığındakı Vaziani hərbi aerodromunda startı veriləcək təlimlərdə Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Sloveniya, Ermənistan və Ukraynadan 2.8 min hərbçi iştirak edəcək.

Təlimlərdə Almaniya istehsalı "GTK Boxer" zirehli transportyor, ABŞ istehsalı olan "Abrams" tankları, "Bradley" и "Stryker" piyada maşınları və "C-130" hərbi təyyarələrindən istifadə olunacaq. Təlimlər "Norio" hərbi bazasında da keçiriləcək.

Gürcüstanda üçüncü dəfə keçiriləcək “Layiqli tərəfdaş 2017” hərbi təlimlərinin əsas məqsədi sabitliyin təminatı, müdafiə və hücumun təmin edilməsi əməliyyatlarında bacarıqları təkmilləşdirmək, Gürcüstan və NATO-ya üzv ölkələrin silahlı qüvvələri arasında əməkdaşlığı dərinləşdirmək, NATO qüvvələrinin məşğələ imkanlarını yüksəltmək, habelə NATO ölkələri arasında əməkdaşlığı inkişaf etdirməkdir.

Hərbi təlimlərin açılışında ABŞ vitse-prezidenti Mayk Pensin iştirak etməsi gözlənilir.

M. Pensin Gürcüstan prezidenti Georgiy Marqvelaşvili və baş nazir Georgiy Kvirikaşvili ilə görüşlər keçirəcəyi bildirilir.

M. Pens Gürcüstana Avropa turnesi çərçivəsində gələcək. O, Estoniya və Monteneqroya da səfər edəcək.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *