Müdafiə naziri: Ermənistanın “İsgəndər” raketlərini vurmağa qadirik » AzNews.info -Xəbər portalı

Müdafiə naziri: Ermənistanın “İsgəndər” raketlərini vurmağa qadirik

Müdafiə naziri: Ermənistanın “İsgəndər” raketlərini vurmağa qadirik


Azərbaycan Ermənistanda yerləşən “İsgəndər” komplekslərinin raketlərini vura biləcək raket əleyhinə silahlara malikdir.

AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bunu “RİA Novosti”yə müsahibəsində Azərbaycan müdafiə naziri Zakir Həsənov deyib.

“Müdafiə naziri olaraq bəyan edirəm ki, bizim “İsgəndər” raketlərinə qarşı sistemimiz var. Bizim də raketlərimiz var, onların sayı 50 dəfə çoxdur. Dediklərimə görə tam məsuliyyət daşıyıram. Təsəvvür edin, onlar bunu tətbiq etmək fikrinə düşsələr, hərbi hədəflərə və infrastruktura cavab atəşi necə olacaq?”, - deyə o vurğulayıb.

Z. Həsənov qeyd edib ki, Azərbaycan həmin raketləri Rusiyadan almasa da, keyfiyyət baxımından analoqlarından geri qalmır: “İsgəndər” yaxşı raket sistemidir. Lakin bir neçə sual var. İlk növbədə bu hansı “İsgəndər”dir? Onların bir neçə növü var. İkincisi, həmin “İsgəndər”lərin vəziyyəti necədir. Üçüncüsü, kim o “İsgəndər”ləri idarə edir. Dördüncüsü, onlar “İsgəndər”ləri tətbiq edə biləcəklərmi? Hərbçi olaraq, biz həmişə ən pis variantı nəzərdən keçiririk, ona hazırıq. Düzdür, biz o raketləri Rusiyadan almamışıq, lakin keyfiyyətinə görə heç də geri qalmır. Mən sizə deyim, biz döyüş atəşləri həyata keçirmişik, nəticə əladır. Əminik ki, yaşayış məntəqələri və Silahlı Qüvvələrimizi müdafiə edə bilərik“.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *