Portuqaliyada meşə yanğını qurbanlarının sayı 43 nəfərə çatıb » AzNews.info -Xəbər portalı

Portuqaliyada meşə yanğını qurbanlarının sayı 43 nəfərə çatıb

Portuqaliyada meşə yanğını qurbanlarının sayı 43 nəfərə çatıb


Portuqaliyada meşə yanğını zamanı ölənlərin sayı 43 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "Publico" nəşri ölkənin daxili işlər üzrə dövlət katibi Xorxe Qomesə istinadən xəbər verib.
Xəbərdə bildirilir ki, yanğınlar zamanı 59 nəfər xəsarət alıb.

***11:14
Portuqaliyada meşə yanğını qurbanlarının sayı 39 nəfərə çatıb.
"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" "Publico" nəşrinə istinadən xəbər verib.
Ölkənin daxili işlər üzrə dövlət katibi Xorxe Qomes bildirib ki, yanğınlar zamanı 59 nəfər xəsarət alıb.
Qeyd edək ki, şənbə günü Portuqaliyanın bir sıra regionlarında havanın temperaturu 40 dərəcəyədək yüksəlib. Pedroqan-Qrandi bələdiyyəsi ərazisində yanğın baş verib. Alov tezliklə ətraf ərazilərə yayılıb.
Bir neçə yaşayış məntəqəsi yanğından zərər çəkib. Lakin dəymiş zərərin dəqiq miqdarı barədə məlumat yoxdur.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *