“Azərsu” ASC kütləvi zəhərlənmə ilə əlaqədar açıqlama yayıb » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

“Azərsu” ASC kütləvi zəhərlənmə ilə əlaqədar açıqlama yayıb

“Azərsu” ASC kütləvi zəhərlənmə ilə əlaqədar açıqlama yayıb


“Azərsu” ASC Sumqayıtda baş verən kütləvi zəhərlənmə ilə əlaqədar açıqlama yayıb.

AzNews.info xəbər verir ki, “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsinin rəhbəri Anar Cəbrayıllı APA-ya açıqlamasında bildirib ki, hadisənin baş verməsi barədə məlumat daxil olduqdan sonra dövlət müəssisəsinin ekspertləri hadisə yerinə cəlb olunub və araşdırmalara başlayıb: “Hadisənin baş verdiyi Zeynalabdin Tağıyev qəsəbəsi və ətraf ərazilərdən bir neçə nümunə götürülüb. İlkin araşdırmalar suyun tərkibində heç bir dəyişikliyin olmadığını, mayenin norma və standartlara cavab verdiyini üzə çıxarıb. Buna baxmayaraq, araşdırma və təhlillərimiz davam edir”.

A.Cəbrayıllı əlavə edib ki, Z.Tağıyev qəsəbəsinin su təchizatı Xaçmazdan çəkilən boru ilə təmin olunur. “Əhali arasında belə bir fikir var ki, həmin əraziyə su Ceyranbatan su anbarından verilir. Lakin bu belə deyil. Adıçəkilən qəsəbəyə su Xaçmazdan çəkilən boru vasitəsilə verilir. Bununla yanaşı, Sumqayıt şəhərinin, Ceyranbatan qəsəbəsinin, Abşeron rayonunun bir hissəsinin su təchizatı məhz da bu boru vasitəsilə həyata keçirilir. Buna görə, hadisənin məhz bir ərazidə baş verməsi maraqlıdır”, - deyə o bildirib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 24 iyun 2017 11:22
  • Yazan: JOE
Schaffhausen, May 19, 2015 - fake watches has launched a new pilots chronograph watch "Little Prince" special edition, with fake breitling watches its ingenuity tripod week show, accompany you and the little prince together Set foot on the interstellar journey. The swiss replica watches inner circle of the dial is surrounded by seven planets

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *