İndi Şuşaya, sonra Xocalıdan İrəvana uçacaqlar! » AzNews.info -Xəbər portalı

İndi Şuşaya, sonra Xocalıdan İrəvana uçacaqlar!

İndi Şuşaya, sonra Xocalıdan İrəvana uçacaqlar!


Xəbər verdiyimiz kimi, erməni separatçıları ekstrimal turizm adı ilə, Dağlıq Qarabağda Stepanakertdən (Xankəndindən) Şuşaya təkmotorlu təyyarələrlə uçuşlar təşkil ediblər.

AzNews.info xəbər verir ki, sosial şəbəkədə məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu bunun təxribat olduğunu bildirib: "Xocalı hava limanını neçə il əvvəl təmir ediblər, zəruri avadanlıqlar yerləşdiriblər. Ancaq uçuşlara başlaya bilmirlər, çünki bilirlər ki, həmin təyyarələr Azərbaycan hava qüvvələri və ya raket kompleksləri tərəfindən vurulacaq. Beynəlxalq Aviasiya Təşkilatı da bu məsələdə Azərbaycanın haqlı mövqeyini müdafiə edir: “Dağlıq Qarabağın hava məkanı Azərbaycana aiddir və icazəsiz uçuşlar həyata keçirilə bilməz”.
Buna baxmayaraq, separatçıların yanlarındakı hazır hava limanından istifadə edə bilməmələri onları əsəbləşdirir, nəsə yol axtarırlar ki, hansısa uçuşlar həyata keçirsinlər. Azərbaycan XİN dərhal açıqlama verməli, Şuşaya istiqamətlənən istənilən təyyarənin Azərbaycanın hava məkanını pozması anlamı daşıyacağını və bunun qarşısının müvafiq tədbirlərlə alınacağı vurğulanmalıdır. Təyyarə reyslərinə “ekstremal turizmlə” başlayacaqlar, sonra Xocalıdan İrəvana uçacaqlar, bir sözlə ardı gələcək. Buna yol vermək olmaz!"

Qeyd edək ki, uçuşları həyata keçirən şirkətin planlarında, həmçinin Azərbaycanın işğal edilmiş başqa əraziləri, məsələn, Qandzasar monastr kompleksi də var. Əsas baza Xankəndi aeroportunda yerləşir.

"Biz turizmi inkişaf etdirməyə çalışırıq, amma bütün turistlərimizə təklif edirik ki, A nöqtəsindən B nöqtəsinə çox yaxşı vəziyyətdə olan avtomobil yolları ilə gəlsinlər. Bu gün bizdə istər daxili, istərsə də xarici bazar üçün yeni və nadir turizm məhsullarını yaratmaq imkanı var”, - deyə Çibuxçyan vurğulayıb.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *