Putin və Tramp arasında telefon danışığı olub » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Putin və Tramp arasında telefon danışığı olub

Putin və Tramp arasında telefon danışığı olub

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı baş tutub.

AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, prezidentlər Suriyada terrorçuluqla mübarizədə Rusiya və ABŞ-ın addımlarının əlaqələndirilməsinin perspektivlərini müzakirə ediblər.

Tərəflər həmçinin Koreya yarımadasında yaranmış vəziyyəti ətraflı müzakirə ediblər.

Məlumata görə, Putin təmkinlik nümayiş etdirməyə və gərginliyin səviyyəsini azaltmağa çağırıb.

Putin və Tramp telefon əlaqəsini davam etdirməyə və Hamburqda “G-20” sammitində görüşün keçirilməsinə dair razılığa gəliblər. Liderlər həmçinin Suriya münaqişəsinin həll variantlarının axtarışı üzrə xarici siyasət qurumlarının rəhbərləri arasında dialoqun aktivləşdirilməsinə dair razılığa gəliblər.

Qeyd edək ki bu, Putin və Tramp arasında sayca üçüncü telefon danışığıdır.

İlk telefon danışığı yanvarın sonunda baş tutmuşdu. O zaman prezidentlər terrorla mübarizəni, Suriya və Ukraynada vəziyyəti, habelə ikitərəfli əlaqələrin əsas məsələlərini müzakirə ediblər. Aprelin əvvəlində baş tutan danışıq zamanı Tramp Sankt-Peterburq metrosundakı terror aktı ilə bağlı Putinə başsağlığı verib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *